Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ və Çin arasında ticarət sazişi may ayında imzalana bilər
Tarix: 18.04.2019 | Saat: 15:55:00
Bölmə:Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin may ayında Yaponiyada iki dövlət arasında ticarət sazişini imzalaya bilərlər.

Bloomberg agentliyinin yaydığı məlumata görə, ABŞ və ÇXR liderlərinin ticarət sazişini imzalayacağı sammit may ayının sonlarında Yaponiyada baş tuta bilər. Həmin vaxt Donald Tramp Yaponiyanın yeni imperatoru – vəliəhd şahzadə Naruhito ilə görüşməyə gedəcək.
Hər iki tərəfin yüksək vəzifəli şəxsləri sazişə nail olmaq üçün mayın əvvəlinədək ticarət məsələləri üzrə intensiv şəxsi danışıqlar aparmağı planlaşdırırlar. ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin aprelin 29-da Pekinə yola düşəcək, mayın 6-da isə Çinin vitse-prezidenti Lü He danışıq aparmaq üçün Vaşinqtona gələcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019