Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bomj” narkoman İslamı qəbul etdi - GÜNÜN TƏZADLARI
Tarix: 18.04.2019 | Saat: 18:15:00
Bölmə:Günün təzadları | çapa göndər

25 yaşlı evsiz narkoman Şey Kenni 15 martda Yeni Zelandiyada meydana gələn dəhşətli terror aktından sonra İslamı qəbul edib və həyatını radikal bir şəkildə dəyişdi. Hafta.az İslam saytlarına istinadla xəbər verir ki, bu haqda Yeni Zelandiyanın “Stuff” portalı məlumat yayıb. Şey narkotikə uşaqlığından alışıb. Onun yetkin həyatının böyük hissəsi sərgərdanlıqla keçib. O, Kraystçerçdə bir ildir ki, yaşayır və bunun 10 ayını bir dükanın qarşısında dilənməklə evsiz qalıb. 15 mart teraktı meydana gəldiyi zaman Şey bacısının evində olub. Onun oğlu və anası məscid yaxınlığında yaşadığından keçmiş narkoman onlardan narahat olaraq evlərinə qaçıb. Daha sonra o, ailə üzvləri ilə birgə faciə məkanına güllər gətirib. Terror hücumlarından iki gün sonra isə müsəlman icmasına dəstək ifadə etmək üçün küçələrdən birində pankartla(şüarla) dayanmağa başlayıb. Pankartda sadə bir mesaj var idi: "Biz daxilimizdə hamımız eyniyik"... Şeyin sözlərinə görə, o, hər gün səkkiz saat olmaqla günlərlə küçədə pankartla dayanmaqda davam edib. Belə günlərdən birinin sonunda bir səs eşidib: "Ey, qardaşım." Üç müsəlman ona yanaşaraq qəhvə və şokolad təklif edib. Sonra onu Heqli parkındakı terror hücumu qurbanları üçün Kömək Mərkəzinə aparıb qida veriblər və başqalarına onun nə etdiyini söyləyiblər. Növbəti gün Şey Kenni Ən-Nur məscidində qətlə yetirilmiş 14 yaşlı şagird Sayyad Milnanın dəfn mərasimiinə dəvət alıb. Gənc adamın sözlərinə görə, məhz həmin anlarda o, müsəlman olmaq istədiyini hiss edib: "Mən yalnız ürəyimin necə sıxıldığını xatırlayıram. Mən hiss etdim ki, Allah mənə deyir: "Bunun bir hissəsi ol!..". Bu minvalla 25 yaşlı Şey müsəlman tanışlarının köməyi ilə kəlmeyi- şəhadət gətirərək tövbə edib müsəlman olduqdan sonra özü üçün yeni bir ad seçib - Musa.


Moskvada aeroportdan qalxan təyyarə alovlandı

Moskvanın Vnukovo hava limanından havalanan təyyarəni alov bürüdü. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, təyyarə havaya qalxmaq istədiyi anda ikinci mühərrik alovlanıb. Sərnişinlərdən biri alovu görüb xəbər edincə, təyyarə dayandırılıb, sərnişinlər təxliyə edilib. Hadisənin səbəbi araşdırılır.


Azərbaycanda övladı ilə yanaşı tələbəlik edən ata tapıldı


50 yaşli Əfsəl Qaziyev öyrənmək üçün heç vaxt gec olmadığını sübut etdi. Hafta.az xəbər verir ki, bu haqda Xezerxeber.az-ın təqdim etdiyi videomaterialda bəhs edilib. Məlum olub ki, Ə. Qazıyev ən yaşlı tələbə olmaqla yanaşı, eyni zamanda ən yüksək təqaüdü alır. Ali təhsil arzusundan heç vaxt vaz keçməyən Əfsəl Qazıyev bu arzusuna 49 yaşında çatıb. O, bu əzmini elə təhsilində də davam etdirir. Yaşlı tələbə əlaçıdır. O, həm də Azərbaycanda ən yüksək təqaüd alan tələbəldir. Onun 3 göstərici üzrə aldığı təqaüdlərin cəmi 430 manat edir. Bu yaşda ali təhsil almaq onun üçün müəyyən çətinliklər yaratsa da, məqsədinin ardınca getmək əzmi hər şeyi üstələyir. Hazırda onun 4 övladı var. Onlardan biri də tələbədir. Oğullarından biri isə hərbi xidmətdən qayıdandan sonra universitetə hazırlaşacaq.


Alimlər ölmüş beyni 4 saat sonra diriltdi


Yelsk Universitetinin alimləri ölmüş donuzun beynini ölüm təsdiq edildikdən 4 saat sonra diriltməyi bacardılar. Hafta.az xəbər verir ki, Oxu.az-ın məlumatına görə, beynin yenidən canlanması üçün mütəxəssislər süni qan dövranı və xüsusi zülal kokteylindən istifadə ediblər. “Nature” jurnalının məlumatına görə, alimlər xüsusi avadanlığa qoşulmuş ölmüş beyinin 4 saat sonra oksigen çatışmazlığına davamlı olduğunu və süni qan dövranına qoşulduqdan sonra kiçik kapilyarların işinin bərpa edildiyini müşahidə ediblər. Hələ ki, şüurun bütövlükdə qayıtması və beyinin tam şəkildə fəaliyyətinin bərpası mümkün olmasa da, alimlər bir müddət sonra daha böyük uğur əldə ediləcəyinə ümidvardırlar.


İvanka Tramp prezident atasının vəzifə təklifini rədd etdi


İvanka Tramp Dünya Bankına rəhbər olması üçün atasının - ABŞ prezidenti Donald Trampın ona etdiyi təklifi rədd etdiyini açıqladı. Hafta.az yazır ki, bu barədə Musavat.com xarici KİV-ə istinadla məlumat verib. Ötən həftə D. Tramp maliyyə məsələləri ilə arası yaxşı olan qızına Dünya Bankına rəhbər olmağı təklif edib. Lakin İvanka Tramp Ağ Evdəki vəzifəsindən razı olduğunu əsas gətirərək bu vəzifədən imtina edib. Bundan sonra bu vəzifə amerikalı iqtisadçı Devid Malpasa təklif olunub. Qeyd edək ki, Dünya Bankının rəhbərləri hər il ABŞ tərəfindən müəyyən olunur.


Sumqayıtda kürəkən 60 yaşlı qayınanasını döydü


Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verdi. Hafta.az yazır ki, “ONA”-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb. Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Belə ki, kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib. Xəsarət alan qayınana xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov