Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yerli kartof və soğanın qiymətində ucuzlaşma yoxdur - REPORTAJ
Tarix: 18.04.2019 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Mart ayının sonunda və aprel ayının əvvəlində insanların gündəlik işlətdikləri kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuata verdiyi məlumata görə, daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir. Belə ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 0.79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 1.09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1.00 manatdan, marketlərdə isə 1.29 manatdan başlayan qiymətlərlə təklif olunur.


Bazarlardakı mövcud vəziyyəti yerində araşdırmaq üçün satış mərkəzlərinə üz tutduq. Yolumuzu paytaxtda ən ucuz bazar olan və hər birimizin tanıdığı “8-ci Kilometr” bazarından saldıq. Sözügedən bazarda kartof-soğanın qiymətləri deyilənlərdən tam fərqli idi. Yerli standartlara cavab verən təzə çıxmış iri kartofun 1 kiloqramı 1 manat 50 qəpiyə, xırda təzə kartof 1 manata, 1 manat 30 qəpiyə, köhnə Gədəbəy kartofu 1manat 50 qəpiyə, digər ölkələrdən gətirilən köhnə kartoflar 1 manat 20, 1 manat 30 qəpiyə satılırdı. Ağdamdan gətirilən köhnə yerli sağlam soğan 1 manat 50 qəpik, təzə soğan 1manat 50, 1 manat 30, ən ucuzu isə 1manat 20 qəpiyə satılırdı.
Üzeyr adlı satıcı, Ağcabədi rayon sakini bazarda təzə kartofun satışı ilə məşğul olduğunu dedi: ”Təzə iri sağlam kartofu 1manat 50 qəpiyə müştərilərə satırıq. Hətta piştaxtada kartofun üstünə satış qiymətinədək yazılıb. Kartofu Şəmkirdən alıb gətirmişik, yerdə 1 manat 30 qəpiyə elə özümüz almışıq, biz də üstünə 20 qəpik qoyub satırıq”.
Alay adlı satıcı əslən gədəbəyli olduğunu söylədi: “Satdığım Ağdam soğanıdır, 1 kiloqraqmını 1 manat 50 qəpiyə verirəm. Üstünə 15-20 qəpik qoyub satırıq».


Satıcılar dedilər ki, kartof və soğan, həmçinin kələm o zaman ucuzlaşa bilər ki, Kənd Təsərrüfatı Nazirliyinin əkin sahələri olmalıdır və yaxud da adıçəkilən nazirlik fermerlərə sifariş verməlidir. Kartof, soğan və kələm tez çürüyən məhsullardır. Onların saxlanılması üçün şərait olmalıdır. Biz də alıb gətiririk. Bir-iki gündən sonra cücərib xarab olur. Təzə soğan iki gün qalmır, tez boşalır. Hər şey bolluqdan asılıdır. Kartof və soğan təzə çıxır, ona görə də qiyməti bahadır.
Alıcılar isə qiymətlərdən narazılıq edirdilər. Nazim adlı alıcı bahalaşmaya ilə bağlı dedi ki, yerli məhsullar xaricə idxal edilir. Bu günə kimi bazarlarımızda soğan və kartof bu qədər bahalaşmamışıdı. Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb ki, bazarlarda və marketlərdə soğan və kartof ucuzlaşıb. Piştaxtalarda qalmış çürük, keyfiyyətsiz məhsullardır. Ucuz qiymətə satılan bir kiloqram çürük soğan alırsan, qabığını soyanda heç içindən 2-3 dənəsi ələ gəlmir. Astarı üzündən baha olur. Ona görə də baha qiymətə satılan kartof və soğanı almaq məcburiyyətində qalırıq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019