Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qərbi Kaspi Universitetində startap günləri keçiriləcək
Tarix: 19.04.2019 | Saat: 11:24:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Qərbi Kaspi Universitetində növbəti dəfə startap günləri təşkil ediləcək.

Universitetdən hafta.az-a verilən məlumata görə, 25-26 aprel tarixlərində keçiriləcək startap günlərinin məqsədi yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Startap günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Startup günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, startap günləri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Qərbi Kaspi Universitetinin və “Startap Azərbaycan”ın təşkilatçılığı ilə keçirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019