Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ermənistanın siyasi rəhbərliyi sülh istiqamətində xalqına çağırışlar etməlidir” - Sona Əliyeva
Tarix: 19.04.2019 | Saat: 11:10:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan tərəfi hər zaman birmənalı olaraq beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin həllində maraqlıdır. Istənilən halda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda olan tərpəniş, sülhə təşəbbüs müsbət hal kimi dəyərələndirilməlidir. Cünki bütün təşəbbüslər münaqişənin həllinə yönəlib”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Vyana və Moskva görüşlərini, eləcə də eləcə də bu görüşlərdən sonra icmalar arasında yumşalmaya xidmət edən xalq diplomatiyası haqqında fikirlərini bölüşərkən millət vəkili bildirib ki, problemin həlli istiqamətində xalq diplomatiyasından istifadə olunması məsələsinə müsbət yanaşır: “Dəfələrlə bu məsələ gündəmə gəlib, Azərbaycan tərəfi konstruktiv mövqe sərgiləsə də qarşı tərəf buna adekvat cavab verməyib. Dünyada xalq diplomatiyasından istifadə təcrübəsi var. Əslində “xalq diplomatiyası” anlayışı beynəlxalq münasibətlərin qlobal diplomatiyadan kənarda qalan kriteriyalarını əhatə edir və problemlərin həlli istiqamətində cəmiyyətin təsir gücünü, ictimaiyyətin məsələlərə yanaşma və münasibətini özündə ehtiva edir. Real olaraq xalq diplomatiyası təqribən 17-ci əsrdən başlayaraq tətbiq olunub. Bundan sonrakı dönəmlərdə, əsasən I və II Dünya müharibələri zamanı da xalq diplomatiyasından istifadə olunub. Müasir dövrdə Fransanın "Alliance Française" (130 ölkədə - red.), Almaniyanın Geothe İnstitutu (120 ölkədə - red.), Britaniyanın "British Council" kimi dil mərkəzləri xalq diplomatiyasının aparıcı strukturlarından sayılır. Ümumiyyətlə isə, xalq diplomatiyası xarici siyasətin bir vasitəsi kimi də təqdim olunur”.

Millət vəkili hesab edir ki, hər halda hər iki icmanın görüşməsində fayda var. Münaqişənin həlli istiqamətində icmaların da yanaşma tərzinin və Ermənistan ictimaiyyətinin fikrinin öyrənilməsi Azərbaycanın bu iqtiqamətdə gələcəkdə atacağı addımlara da dair təsirini göstərməsi mümkündür: “Münaqişə öz həllini tapacağı təqdirdə Azərbaycan erməni icmasının Azərbaycan torpaqlarında yaşamasına etiraz etmir və hal hazırda birgəyaşayış nümunəsi Azərbaycan reallığında mövcuddur. Bu gün Azərbaycan da 30 000 erməni yaşayır və onlara cəmiyyət və dövlət tərəfindən hər hansı bir ayrıseçkilik, təyziqlər edimir. Dünyada tarix boyu baş verən bütün münaqişələr kimi bu münaqişə də əvvəl axır bitəcəkdir. Ikinci dünya müharibəsi zamanı Almaniyanın işğal siyasəti nəticəsində milyonlarla insan tələf olmuşdu. Hal hazlrda isə Almaniya zamanında işğalçılıq siyasəti yürütdüyü Avropa ölkələri, eləcə də qarşı tərəf olan Rusiya ilə normal əlaqələrə malikdir.   Odur ki, münaqişənin həlli istiqamətində bütün təşəbbüslər dəyərləndirilməlidir. Həm də, bildirildiyi kimi, bu dəfə tərəflər razılaşmaların kağız üzərində qalmamasında maraqlıdırlar. Odur ki, Ermənistan cəmiyyəti xalq diplomatiyasından istifadə məsələsinə maraq göstərərsə müəyyən irəliləyişlərin olmasına ümid etmək mümkündür”.

Millət vəkili Sona Əliyeva onu da qeyd edib ki, hər halda Ermənistanın siyasi rəhbərliyi bu istiqamətdə xalqına çağırışlar etməlidir. Onsuz da erməni xalqı bu torpaqların onların olmadığını yaxşı bilir və yad torpaqlarda övladlarının ölməsini istəmir: “Bu günə qədər adıçəkilən münaqişə Ermənistana ancaq zərər verib. Üstəlik, bundan sonra Azərbaycanın bütün sahələrdə uğurlu fəaliyyəti və regionun iqtisadi güc mərkəzinə çevrilməsi qarşı tərəfə öz siyasi və ictimai vəziyyətinə yeni yanaşmaları tələb edir. İnanmaq istəyirəm ki, Ermənistanın yeni siyasi rəhbərliyi verdiyi vədləri yerinə yetirəcək. Münaqişənin həlli istiqamətində əldə olunan razılaşmalara əməl edəcək. Hər halda Azərbaycanın hərbi və siyasi gücü bu münaqişəni hər hansı formada həll etməyə qadirdir və qarşı tərəf bunu bilir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019