Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BANM-də Tələbələrin I Respublika Elmi Konfransları başa çatıb
Tarix: 19.04.2019 | Saat: 16:20:00
Bölmə:Sosial | çapa göndər

Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi Konfransları başa çatıb.

BANM-dan hafta.az-a verilən məlumata görə, tədbirdə BANM-in rəhbərliyi və professor-müəllim heyəti, eləcə də, BANM-in partnyorları olan SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR Polymer, Huawei, Maire Technimont, ABB, Microsoft, Emerson Process Management və Avandsis Group şirkətlərinin təmsilçiləri qatılmışdılar. Eyni zamanda konfranslarda iştirak etmiş və öz maraqlı prezentasiyaları ilə seçilərək qalib olaraq müəyyən edilmiş tələbə və gənc alimlər də tədbirdə iştirak etmişdilər.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə 15 aprel tarixindən etibarən keçirilən konfransların yekunu barədə məlumatları iştirakçılarıların diqqətinə çatdırmışdır. Çoxsaylı bölmələrdən ibarət üç geniş başlıq altında - Kimya və kimya mühəndisliyində perspektivlər, Keyfiyyətli enerji, keyfiyyətli xidmət və Yüksək texnologiyalar- innovativ tətbiqlər mövzuları çərçivəsində təşkil olunmuş konfranslara ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və AMEA-nın institutlarını təmsil edən ümumilikdə 177 nəfər tələbə və gənc alimin müraciət etdiyini bildirən rektor hər bölmə üzrə uğurla çıxış etmiş qaliblərin bu gün BANM-in sertifikatları, eləcə də konfransa dəstək vermiş yerli və transmilli şirkətlərin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlarını bildirmişdir. Hər bir iştirakçıya konfransda fəal iştirak etdikləri üçün təşəkkür edən rektor onlarda elmi-tədqiqtlara marağın bundan sonra daha da artacağından əmin olduğunu vurğulamışdır. Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə, həmçinin həvəsləndirici kateqoriya üzrə seçilmiş iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov