Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “sərxoş sənətçisi” - HƏFTƏ REYTİNQ
Tarix: 19.04.2019 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Aktrisa Pərvin Abiyevanın Bakı Hava Limanında sərxoş halda çəkilmiş görüntüləri yayıldı. Sənətçi model Səmra Hüseynova ilə alkoqollu içki qəbul etdikdən sonra əllərində qədəh qəribə hərəkətlər ediblər. Onlar həmin anları sosial şəbəkədə paylaşıblar. Aysel Qəribova adlı xanım “İnstagram” hesabında aktrisanın çamadanların üstünə çıxıb qışqırdığını iddia edib: “Bu gün Bakı aeroportunda maraqlı halla qarşılaşdım. Bizimlə birlikdə 2 məşhur və bir "modelfason" qız Istanbuldan Bakıya gəlirdi. Fotodakı Nazilə xanım çox mədəni və sakit şəkildə pasport nəzarətindən keçib getdi. Ancaq çox məşhur aktrisamız və modelfason qız özlərini düzgün olmayan şəkildə aparırdılar, hər kəsin gözü önündə çamadanın üstünə çıxıb qışqırırdılar. İçkinin təsiri altında olan bu aktrisa ilə modeli ətrafda çox adam lentə aldı”. P.Abıyeva olay haqda şəxsi hesabında paylaşım edərək alkoqol içdiyini etiraf edib.


Həftənin “onkoloq deputatı”


Deputat Fazil Mustafa Azərbaycanda onkoloji xəstəlik diaqnozu qoyulan insanlara bu tip diaqnozları ciddiyə almamağı tövsiyə etdi:“Uzaq qohumlardan bir xanım var. Bəlkə də 15 ildir, Bakıda onkoloji xəstəlik diaqnozu qoyublar və hər il bədəninə kimyəvi maddə yeridirlər. Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb. Sadəcə, illərdir bədəninə yeridilən kimyəvi maddələr orqanizmində ciddi fəsadlar yaradıb. İndi bədənindən həmin zəhərləri təmizləməklə məşğuldurlar. Səhhəti və kefi xeyli yaxşılaşıb. Ona görə də Azərbaycanda bu diaqnozları bir çox hallarda zarafatla qoyurlar. Bu səbəbdən də burada qoyulan diaqnozları elə də ciddiyə almayın!..”.


Həftənin “Vətən xidmətçisi”


Prezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sərəncamla Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, sabah general-leytenant Vahid Əliyevin 50 yaşı tamam olur.


Həftənin “azərbaycanlı avtomobili”


Azərbaycanlı gənc avtomobil dizayneri Samir Sadıxovun əməkdaşlıq etdiyi “Hyundai” şirkətinin premium subbrendi olan “Genesis” markası üçün dizayn etdiyi avtomobili təqdim edildi. Bu barədə mediaya tanınmış rus avtobloger Alan Enileyev məlumat verib. Uzun illərdir avtomobil dizayneri kimi çalışan Samir və həmkarı Arseninin birgə ərsəyə gətirdiyi avtomobil "Genesis Mint" adlanır. ABŞ-ın Nyu-York şəhərində avtomobil həvəskarları üçün təqdim olunan yeni konsept böyük maraq cəlb edib. Mühərriki elektriklə çalışan "Genesis Mint" tam enerji ilə 200 mil məsafəni qət etmək imkanına malikdir.


Həftənin “ “Şöhrət”li deputatı”


Prezident İlham Əliyev Mirzəcan Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, M. Xəlilov Milli Məclisin 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatıdır.


Həftənin “satqın və axmaq siyasətçisi”


Ermənistanın baş naziri N.Paşinyanın Strasburqa səfəri zamanı Avropa Şurasının baş katibi Turbyor Yaqland “Ermənistanın tamamilə Avropa ölkəsi” oduğunu söylədi. Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov mediaya açıqlamasında Qərb siyasətçisinin sərsəmləməsini belə dəyərləndirdi: “Əslinə qalsa, qəribə fikirlərdir. Hansı ki, bu ölkə, yəni Ermənistan etnik təmizləmə həyata keçirib. AŞ-ın baş katibinin bu cür fikirlər səsləndirməsi absurddur. O ya siyasətdən uzaq bir axmaqdır, ya da satılmış bir siyasətçidir, bunu açıq demək lazımdır…”.


Həftənin “əlkəsən prezidenti”


Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski Ukrayna prezidenti Petro Poroşenkonun əlini sıxa bilmək imkanını itirməkdən qorxduğunu söylədi. Bu yaxınlarda çıxışlarından biri zamanı korrupsiya ilə məşğul olan vəzifəli şəxslərin əlini kəsəcəyini bildirən Poroşenkoya Zelenski zarafatla cavab verib: “Poroşenko deyir ki, bütün oğruların əlini kəsdirəcək. Mən qorxuram ki, onunla görüşən zaman sıxmağa əl tapmayam, onun əlini sıxmaq fürsətini itirməkdən qorxuram”,- deyə o rəqibinə söz atıb. Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ilk turunun rəsmi nəticələrinə əsasən seçkilərin ikinci turunda şoumen Vladimir Zelenski və hazırkı dövlət başçısı Pyotr Poroşenko mübarizə aparır. Seçkilərin birinci turunda seçicilərin 30,24 faizi Zelenskiyə səs verib. Poroşenko isə 15,95 faiz səs qazanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019