Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
17 yaşlı gəncimizin 56 min dollar təqaüd alacağı bilindi - GÜNÜN TƏZADLARI
Tarix: 19.04.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Türkiyənin Sabancı Universitetinə qəbul olan 17 yaşlı Yasin Quliyev adlı həmyerlimizin 56 min dollar təqaüd alacağı bəlli oldu. Hafta.az-ın yazdığına görə, “Qaynarinfo” xəbər verir ki, Yasin dünyanın Massaçusets, İllinoys ştatı, Şimali Florida Universitetini, Baxçaşəhər Unverisiteti kimi nüfuzlu təhsil ocaqlarına tam burs qazanıb. Lakin həmyerlimiz Sabancı Universitetini seçib. O, "Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq. Qeyd edək ki, Yasin "Ankara məktəbi" məktəb-liseyi və "İstək” liseyində təhsil alıb. Hazırda isə fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.


Xalq artisti qardaşı qızını İnterpolla axtarışa verdi


Xalq artisti Nazpəri Dostəliyeva qardaşı Ağalar Dostəliyevin birinci nikahdan olan qızı Pərvanənin gündəmi alt-üst edən açıqlamalarından yana bu gün Xəzər TV-də yayımlanan “Hər şey daxil” proqramının canlı yayımına qoşuldu. Hafta.az yazır ki, bu haqda News24.az xəbər verib. Baş verən insidentdə adının hallanmasına münasibət bildirən N. Dostəliyeva şikayət etdiyini bildirib. Qeyd edib ki, Pərvanə tapılması üçün İnterpol xətti ilə axtarışa verilib. “Bütün nəslin üzvlərini Nazpəri saxlayır. İstər bacı uşaqları, istər qardaş uşaqları və digərləri – hamısının üstündə əlim var. Mən olmasam, onların heç bir işi ola bilməz. Onlardan başqa, 4-5 tanımadığım ailəyə də baxıram. Amma bunları heç vaxt danışmamışam. Amma bu məsələ belə qalmayacaq. Pərvanə atdığı böhtanlara görə cavab verəcək” – deyən xalq artisti yaşanan insidentdə mətbuatı da qınayıb. Onun fikrincə mətbuat bu işdə maraqlıdır və insidenti üzə çıxardaraq odun üstünə benzin tökür.


Bakıda 28 yaşlı qız gecə klubunda döyüldü


Bakının Nizami rayonunda gənc qız naməlum şəxslər tərəfindən döyülərək xəsarət aldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə "Palermo" gecə klubunda baş verib. Belə ki, klubda yaranmış dava zamanı orada işləyən 1991-ci il təvəllüdlü Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb. 28 yaşlı qız xəstəxanaya yerləşdirilib. Faktın təfərrüatları Nizami polisi tərəfindən araşdırılır.


Nərimanovda sürücü sükan arxasında infarkt keçirdi


Bakının Nərimanov rayonunda yol qəzası baş verdi. Hafta.az yazır ki, “ONA”-nın verdiyi xəbərə görə, avtoqəza zamanı "VAZ 2115" və "Nissan" markalı avtomobillər toqquşub. Bildirilir ki, Fətəlixan Xoyski küçəsi ilə İqbal İsmayılovun idarə etdiyi "Nissan" markalı avtomobil işıqforun yaşıl işığında yoluna davam edərkən "VAZ 2115" markalı avtomobil qırmızı işıqda keçərək onunla toqquşub. Məlum olub ki, "VAZ 2115"-in sürücüsü sükan arxasında ürək tutması keçirdiyindən avtomobili saxlaya bilməyib. Vəziyyəti ağır olan sürücü xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Yasamalda külək binadakı saat əqrəbini qopardı


Paytaxtın Yasamal rayonunda güclü külək çoxmərtəbəli yaşayış binasının fasad divarında quraşdırılmış saatın əqrəblərindən birini yerə salıb, digərləri isə asılı vəziyyətdə qaldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, yaranmış təhlükə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Xilasedicilər saatın əqrəblərini yerinə bərkidiblər və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat başa çatıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019