Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Neftçi” liderlə xal fərqini qorudu
Tarix: 19.04.2019 | Saat: 23:51:00
Bölmə:İdman | çapa göndər

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulub.

Əvvəlcə “Qəbələ” doğma meydanda "Zirə" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “Neftçi” “Sabah”ın qonağı olub. Matç "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 55-ci dəqiqəsində "Sabah"ın sağ cinah müdafiəçisi Məmmədov Novruz ikinci dəfə vərəqə görərək meydandan qovulduqdan sonra "Neftçi"nin heyətində Namik Ələsgərov dubl edib. O, 59-cu və 62-ci dəqiqələrdə fərqlənib.

Bu qələbədən sonra xalını 55-ə çatdıran "Neftçi" ən yaxın izləyicisi olduğu lider "Qarabağ"la aradakı xal fərqini 2-yə endirib. "Sabah" isə 26 xalla 5-ci pillədə qalıb.

Bununla da, Roberto Bordinin komandası lider "Qarabağ"la iki xallıq fərqi qoruyub.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Keşlə"ni 3:0, "Səbail" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib. Bu gün keçirilən "Qəbələ" - "Zirə" matçında isə meydan sahibləri qalib gəlib - 2:1.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019