Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aprel döyüşlərinin şəhidləri yad olunub - FOTO
Tarix: 20.04.2019 | Saat: 10:33:00
Bölmə:Sosial | çapa göndər

Dünən 45 saylı orta məktəbdə aprel döyüşlərinin şəhidlərinə həsr edilmiş "Aprel fədailəri” adlı tədbir keçirilib.

Hafta.az yazır ki, qonaqlar şagirdlərin Qarabağ müharibəsinə həsr olunmuş əl işlərindən ibarət sərgisi ilə tanış olandan sonra tədbirin rəsmi hissəsinə start verilib. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aprelin 18-də Lələtəpədə vəzifə səlahiyyətlərini yerinə yetirərkən həlak olmuş kəşfiyyatçı polkovnik-leytenant Sənan Axundovun xanımı, tədbirə ev sahibliyi edən məktəbin direktoru Nəcibə Axundova şəhidin həyat yolundan, dövlətin şəhid ailələrinə qayğısından söz açıb.

Millət vəkili Qənirə Paşayeva məktəblərdə vətənpərvərlik dərslərinin keçirilməsini, uşaqların tərbiyəsində və formalaşmasında qəhrəmanlarımızın həyat səhifələrinin öyrədilməsinin uğurlu bir ənənə olduğunu deyib, aprel zəfərindən, əsgərlərimizin qəhrəmanlığından danışıb.

Daha sonra , Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, ehtiyatda olan polkovnik Elşad Şabanov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev də öz çıxışlarında şəhidlərinizin ruhunun narahat olduğunu, torpaqlarımızın azad ediləcəyi günü gözlədiklərini deyiblər. Tədbirdə hər iki valideynini itirən Xocalıdan olan ailələrin övladları da iştirak ediblər.

Daha sonra 45 saylı məktəbin 1-5-ci sinif şagirdlərinin ifasında hazırlanan "Aprel fədailəri” kompozisiyası təqdim edilib 

Tədbirin sonunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat üzrə turnirdə qalib gəlmiş komandalar diplom və medallarla təltif olunublar.

Respublika Veteranlar təşkilatının sədri, general polkovnik Tofiq Ağahüseynov məktəbin direktoru Nəcibə Axundovanı təhsildə etdiyi yeniliklərə, qayğıya və uğurlara görə "General Həzi Aslanovun 100 illik yubiley medalı” ilə təltif edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019