Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
Tarix: 20.04.2019 | Saat: 16:19:00
Bölmə:Sosial | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu aprelin 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraitini açıqlayıb.

Bürodan hafta.az-a verilən məlumata görə, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olmuş, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artmış və hal-hazırda artım davam edir.

Səhər saatlarına olan məlumata əsasən Böyük Qafqazın bəzi yerlərində: Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Quba, Xınalıq, Altıağac, Xaltan, Qırız, Qusaryasaq, Şamaxıda, Naxçıvan MR-nın bəzi yerlərində: Ordubad, Paraqa, Nurgüt (Ordubad), Biçənək, Batabat, Kükü (Şahbuz), Ərəfsədə (Culfa) hal-hazırda qarın yağması davam edir. Ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında 0-2 mm;

Böyük Qafqazda: 3-18 mm;

Naxçıvan MR-da: 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm;

Qazax-Gəncə zonasında: 3-15 mm;

Kiçik Qafqazda: 10-13 mm;

Mərkəzi-Aran rayonlarında: 2-10 mm;

Lənkəran-Astara zonasında: 6-49 mm olub.

Qar örtüyünün hündürlüyü: Paraqada (Ordubad) 15 sm, Nürgütdə (Ordubad) 10 sm, Qırızda

6 sm, Daşkəsən, Şahdağda 5 sm, Lerik, Xınalıq, Altıağacda 4 sm, Gədəbəy, Xaltanda 3 sm, Yardımlı, Göygöldə 2 sm, Ağdərə, Biçənəkdə (Naxçıvan), Quba, Qusarda 1 sm olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019