Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkə ictimaiyyəti onlara öz layiqli cavablarını verəcək” - Nəzakət Məmmədova
Tarix: 20.04.2019 | Saat: 20:14:00
Bölmə:Siyasət | çapa göndər

“Xarici antiAzərbaycan qüvvələrin və daxildəki “5-ci kolon”un növbəti çirkin kampaniyasının dövlətçiliyimiz əleyhinə apardıqları mübarizə metodları və vasitələri qəbuledilməzdir, yolverilməzdir”.

Hafta.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova deyib.

Politoloqun fikrincə, dünyanın heç bir yerində belə barbarcasına siyasi mübarizəsi yoxdur və bu dövr Azərbaycan tarixində siyasi mədəniyyət qaydalarının tapdandığı bir utanc dövrü kimi qalacaq:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı yüksəlir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətə davamlı ölkəyə çevrilib. Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib. Belə olan halda, baş verən ən xırda məsələlərdən Azərbaycan əleyhinə kampaniya aparmaq istəyi ədalətsizlikdir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaq. Çünki xalqımız, ölkə ictimaiyyəti onlara öz layiqli cavablarını verəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019