Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şri-Lankada ölənlərin sayı artır - 215 nəfər - YENİLƏNİB - VİDEO
Tarix: 21.04.2019 | Saat: 18:10:00
Bölmə:Dünya Video | çapa göndər

Aprelin 21-də Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərlərində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.

Bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb.

***

Bu gün Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 200-ü ötüb.

"News First" telekanalının yerli polisə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb, 450 nəfər isə yaralanıb.

***

Şri-Lankada daha 2 partlayış törədilib.

Hafta.az xəbər verir ki, bu barədə yerli polisə istinadən AFP məlumat yayıb. İlkin məlumatlara görə, partlayış nəticəsində azı 2 nəfər ölüb.

Hadisənin təfərrüatları məlum deyil.

***

Şri-Lankada törədilən partlayışlar nəticəsində ölənlərin sayı 185-ə çatıb.

Hafta.az xəbər verir ki, baş vermiş faciə nəticəsində isə 500-dən çox adam yaralanıb.

***

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı artır. 

Hafta.az xəbər verir ki,  "News First" xəbər xidmətinin yaydığı məlumata görə, artıq ölənlərin sayı 160 nəfərə çatıb. 

*** 

Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə partlayışlar törədilib.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, hadisə nəticəsində ən azı 42 nəfər ölüb, 280-dən çox insan yaralanıb.

Partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki kilsədə Pasxa bayramı ilə əlaqədar insanların çox olduğu vaxt baş verib. 

Partlayışlara görə məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019