Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ukraynada prezident seçkilərinin 2-ci turu keçirilir
Tarix: 21.04.2019 | Saat: 10:41:00
Bölmə:Dünya | çapa göndər

Ukraynada bu gün prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

Hafta.az Ukrayna mətbuatına istinadən bildirir ki, yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqələri axşam saat 20:00-da bağlanacaq. Prezidentlik kürsüsü uğrunda indiki dövlət başçısı Viktor Poroşenko və 1-ci turda ona qalib gələn şoumen Vladimir Zelenski mübarizə aparır.

Səsvermə başa çatan kimi “exit-poll”un nəticələri elan olunacaq. MSK yekun və rəsmi nəticələri mayın 1-nə qədər açıqlamalıdır.

Prezident seçkilərini izləmək üçün 2500-ə yaxın xarici müşahidəçi qeydə alınıb.

Xatırladaq ki, seçicilər prezident seçkilərinin birinci turunda Zelenskiyə 30,24 faiz, Poroşenkoya isə 15,95 faiz səs veriblər. Birinci turda seçicilərin 63,52 faizi səsvermədə iştirak edib. Bu da 18,82 milyon seçici deməkdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019