Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan müxalifəti xaricdəki anti-azərbaycan dairələrin tapşırıqlarını yerinə yetirir - Aydın Mirzəzadə
Tarix: 22.04.2019 | Saat: 15:03:00
Bölmə:Siyasət | çapa göndər

“Bu gün Azərbaycan Respublikası ilə Avropa Birliyi arasındakı müqavilənin əleyhinə olanlar Ermənistan, xaricdəki erməni diaspor təşkilatları və Azərbaycandakı radikal müxalifətdir. Ermənistan Azərbaycanın beynəlxalq birlikdə nüfuzunun artmasından çox əndişəlidir. Erməni diaspor təşkilatları Azərbaycanın qüdrətli bir dövlət kimi tanınmasından və ermənilərin yalanlarının ifşa olunmasından çox narahatdır. Hesab edirəm ki, Azərbaycan müxalifəti xaricdəki anti-azərbaycan dairələrin tapşırıqlarını yerinə yetirir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, Avropa Birliyi ilə Azərbaycan arasında bağlanacaq saziş bütövlükdə Azərbaycan dövləti üçün lazımdır: “Bu sazişin imzalanması, qüvvəyə minməsi ilə viza rejimi yüngülləşəcək. Tələbə mübadiləsi üçün çox münbit, əlverişli bir atmosfer yaradacaq. Eyni zamanda, qarşılıqlı sürətdə investisiyaların yatırdılmasına səbəb olacaq. Bu sazişin imzalanması həm də yeni iş yerlərinin yaranması deməkdir. Yeni texnologiyaların, ideaların ölkəmizə gəlməsinə səbəb olacaq. Yəni, Azərbaycanın bir dövlət kimi dünyada tanınmasına səbəb olacaq. Ermənistan və erməni diaspor təşkilatı üçün bu arzuolunmaz bir nəticədir. Bu məqam həm də Azərbaycan müxalifəti üçün də arzuolunmazıdır. Çünki belə olduqda onların hakimiyyətə gəlmək şansları da sıfıra enir”.

Millət vəkili bildirib ki, Azərbaycan müxalifəti ölkəmizdə vəziyyətin pisləşməsində maraqlıdır. Ölkəmizdə gərginliyin yaranmasında, Azərbaycanın imicinin düşməsində maraqlı tərəf kimi görünməkdədirlər: “Buna görə də belə çirkin əməllərə yol atırlar. Qeyd edim ki, Azərbaycanda hər hansı siyasi məhbusdan danışmaq qeyri-mümkündür. Ölkəmizdə siyasi düşüncəsinə və fəaliyyətinə görə heç kəs həbs edilmir. Hesab edirəm ki, bu gün yalançı bir arqumentlə beynəlxalq təşkilatlarla Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə qarşı mübarizə aparmaq sadəcə olaraq tapşırıq yerinə yetirməkdən başqa bir şey deyil. Bununla belə Avropa Birliyi hazırda Azərbaycanda demokratiyanın inkişafı, eləcə də ölkəmizin dünyadakı stabilliyin, təhlükəsizliyin möhkəmlənməsinə verdiyi töhvəni görür və qiymətləndirir. Bu baxımdan da müxalifətin qaragüruhluğuna baxmayaraq nəzərdə tutulan saziş imzalanacaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019