Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı açıqlama
Tarix: 22.04.2019 | Saat: 16:29:00
Bölmə:Sosial | çapa göndər

Səhiyyə Nazirliyi Bakıda burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı açıqlama verib.

Hafta.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə özəl klinikada olduğuna görə, nazirliyə heç bir müraciət daxil olmayıb:

"Özəl xəstəxanalarda hər hansısa bir hadisə bizə müraciət olunduqda araşdırılır. Hələlik bu barədə bizə heç bir məlumat verilməyib. Həmin xəstəxanadan müraciət edilərsə, məsələ nazirlik tərəfindən araşdırılacaq".

S.Əhmədova qeyd edib ki, müraciət ölən şəxsin yaxınları və ya xəstəxanadan daxil olmalıdır.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019