Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Veteranlar Xiyabanı parkı işıqsız qalıb
Tarix: 22.04.2019 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı rayonunda böyük parklardan və istirahət guşələrindən biri də Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində salınmış Veteranlar Xiyabanı parkıdır. Adıçəkilən park böyük ərazini əhatə edir.

Park yerləşən ərazidə Qaraçuxur Bələdiyyəsi və YAP Suraxanı Təşkilatının mötəşəm binaları yerləşir. Sözügedən istirahət mərkəzi qəsəbənin görkəmli yerlərində yerləşdiyinə görə, savabdeh şəxslər və səlahiyyətli məmurar hər gün həmin parkın ərazisindən keçir. Əhalinin ən böyük təbəqəsi də elə həmin istirahət mərkəzinin ətrafındakı doqquzmərtəbəli binalarda yerləşib. Bir aya yaxındır ki, Parkın küçə işıqları yanmır.

Bir qrup sakinin müraciətini nəzərə alıb həmin ünvana getdik.
Rasim Nəsirov adlı sakin dedi ki, axşam saat 7-dən sonra xiyaban qaranlığa qərq olur. Onun sözlərinə görə, axşamlar qaranlıqdan parka girmək olmur: “Hələ havalar soyuq keçir. Yayın qızmar günlərində mənzillərdə daş beton divarların arasında istidən oturmaq olmur. Ətraf binanın sakinləri asudə vaxtlarında, isti günlərdə axşam saat 11 radələrinə kimi ailəvi, uşaqlı gəlib bu parkda dincəlirlər. Küçə işıqları verilmədiyindən, parkda göz-gözü görmür, sahibsiz itlərində ki sayı-hesabı yoxdur. Onlar da qorxularından parka gələ bilmirlər”.

 

Zahid İmanov, Ələsgər Əliquluyev və başqaları söylədilər ki, bu haqda aidiyyatı orqanlara, xüsusilə də Suraxanı rayon rəhbərliyinə və parka nəzarət edən Qaraçuxur Bələdiyyəsinə müraciətlər olunub. Sakinlərin sözlərinə görə, müraciətlərə baxan yoxdur: ”Suraxanı RİH-dən bildirdilər ki, küçə işıqlarına nəzarət edən qurumun İşıq İdarəsinə borcu var. Bu səbəbdən də Veteranlar Xiyabani Parkına işığın verilməsi dayandırılıb. Nə vaxt borcları ödənilərsə, o vaxtdan da sözügedən İstirahət Parkına küçə işıqları veriləcək”.
Sakinlərin şikayəti ilə əlaqədar Qaraçuxur Bələdiyyəsinə müraciət edydik. Bələdiyyə sədri İxdiyar Nəcəfovdan da eyni cavabı aldıq: “Veteranlar Xiyabanı Parkına gecələr işqların verilməməsi yaranmış borclara görədir. Bu isə Bələdiyyənin səlahiyyəti xaricindədir”.
Suraxanı Rayon Küçə İşıqları İdarəsinin rəisi Abdulla Bağırov sakinlərin şikayəti ilə bağlı “Həftə içi”nə bildirdi ki, idarəmizin ”Azərişq” ASC-yə borcu olduğundan, gecələr küçə işıqlarının verilməsi dayandırılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov
Azərbaycan nefti bahalaşır