Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Səkkizyaşlı idmançımız erməniyə qalib gəldi - GÜNÜN TƏZADLARI
Tarix: 22.04.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Abu Dhabi World Professional Jiu-Jitsu Championship 2019" turnirində azyaşlı idmançımız işğalçı Ermənistanın nümayəndəsinə qalib gəldi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, 100-ə yaxın ölkənin idmançısının qatıldığı yarışda 2 həmyerlimiz də mübarizə aparıb. Belə ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan 8 yaşlı həmvətənimiz Omar Abdulla 30 kq, 5 yaşlı Yasin Dadaşov isə 23 kq çəkidə çıxış edib. Yasin finalda Qazaxıstan təmsilçisi Usman Ospana uduzaraq ikinci yerlə kifayətlənib. Omar isə bütün rəqiblərinə qalib gəlib. O, finalda erməni Samvel Galoyanı məğlub edib.


Janna Darkın heykəlinə Assansın maskası taxıldı


Fransanın Tuluza şəhərində "sarı jiletlilər" hərəkatı fəallarının aksiyası zamanı naməlum şəxslər Janna d'Arkın heykəlinə qalmaqallı "WikiLeaks" saytının təsisçisi Culian Assancın maskasını taxdılar. Hafta.az yazır ki, "Report" TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü "France Bleu" radiostansiyası öz "Twitter" səhifəsində məlumat yayıb. Nümayiş iştirakçıları, həmçinin, Fransa milli qəhrəmanının nizəsinə öz rəmzlərini avtomobilçinin sarı rəngli işıqəksetdirən jiletini bağlayıblar. Polis Tuluzada etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.


Şirvanda itdən qaçan yeniyetməni maşın vurdu


Şirvanda 15 yaşlı oğlanı avtomobil vurdu. Hafta.az xəbər verir ki, “ONA”nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bazar günü saat 20:00 radələrində H.Əliyev prospektində baş verib. Şirvan sakini, 2004-cü il təvəllüdlü Bayramov İslam Vahid oğlu it hücumuna məruz qalıb. Bu zaman qəfildən yola qaçan yeniyetməni “Pajero” markalı avtomobil vurub. Xəsarət alan yeniyetmə sürcü tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Onun yüngül xəsarət aldığı bildirilir.


Gəncədə 63 yaşlı kişi avtovağzalda yıxılıb öldü


Gəncə sakini avtovağzalda yıxılaraq öldü. Hafta.az yazır ki, bu haqda “Qafqazinfo” xəbər yayıb. 1956-cı il təvəllüdlü şəhər sakini Hüseynov Ramiz Nizami oğlu avtovağzalda yıxılıb. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.


Mingəçevirdə market sahibi iş yerində öldü


Mingəçevir sakini sahibi olduğu dükanda vəfat etdi. Hafta.az yazır ki, “ONA”nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən marketlərdən birində baş verib. Belə ki, 1952-ci il təvəllüdlü şəhər sakini Arif Fələk oğlu Əliyevin qəfil halı pisləşərək huşunu itirib və marketdə ölüb. Qəfil ölümün səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019