Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
FHN matros-xilasedici vəzifəsinə müsabiqə elan etdi
Tarix: 23.04.2019 | Saat: 13:24:00
Bölmə:Sosial | çapa göndər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

 FHN-dən hafta.az-a verilən məlumata görə, 2019-cu ilin çimərlik mövsümü ərzində (15 iyun–15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycanın dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi, əmək kitabçası (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd, sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), 3x4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil. 

Müsabiqədə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Abşeron, Xaçmaz, Siyəzən, Yevlax, Sabirabad, Salyan, Lənkəran, Astara rayonlarında qeydiyyatda olan sakinlər və bu şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq. 

Sənədlər 2019-cu il aprelin 24-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.

 Əlaqə telefonları: (012) 512-17-35, (012) 512-17-09.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019