Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan Ordusu ləngimədən Paşinyanı ağıllandırmalıdır” – Elman Məmmədov
Tarix: 23.04.2019 | Saat: 12:05:00
Bölmə:Siyasət | çapa göndər

“Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə danışıqlar prosesinə zərbə vuracaq fikirlər səsləndirməsi, “Qarabağ məsələsini erməni xalqı həll etməlidir. Hər hansı bir hökumət və ya baş nazir yox” – söyləməsi bilərəkdən atılan addımdır. Onun bu cür sərsəm fikirləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun uzadılmasına yönəlib”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Millət vəkili bildirib ki, Paşinyanı, paşinyanları, erməni xalqını ağıllandıracaq bir güc, qüvvə var: “Mən bunu dəfələrlə söyləmişəm. Onları yalnız Azərbaycan Ordusu ağıllandıra bilər. Bütün bu sərsəmləmələrin cavabını Azərbaycan Ordusu ləngimədən, qısa müddətdə verməlidir. Ondan sonra Nikol Paşinyan da, Paşinyanın xalqı da başa düşəcək ki, böyük qələt ediblər. Vəssalam”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə danışıqlar prosesinə zərbə vuracaq fikirlər səsləndirib. Paşinyan deyib ki, “Qarabağ məsələsini erməni xalqı həll etməlidir. Hər hansı bir hökumət və ya baş nazir yox”. Ermənistanın baş naziri Nikol Paşinyan Yerəvan Dövlət Universitetinin tələbələri ilə görüşündə onu da vurğulayıb ki, “Ermənistan xalqı nə vaxt ki Qarabağ münaqişəsinin həlli yolunu dəqiq tapsa, o zaman digər formullar asanlıqla yerinə yetiriləcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019