Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gömrük Akademiyasında gömrük əməkdaşları üçün təlimlərə start verilib
Tarix: 23.04.2019 | Saat: 12:41:00
Bölmə:Sosial | çapa göndər

Aprelin 22-də Dövlət Gömrük Komitəsinin Akademiyasında “Bir inspektor-bir nəqliyyat vasitəsi” prinsipinə uyğun olaraq “Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinin qeydiyyata alınması, “Yol vergiləri”nin hesablanması, “İcazə blankları”nın tətbiqi və “BYD kitabçalarından istifadə etməklə həyata keçirilən beynəlxalq daşımalar” zamanı gömrük nəzarəti və rəsmiləşdirilməsi qaydaları” mövzusunda təlimə start verilib.

Qurumdan hafta.az-a daxil olan məlumata görə, təlimdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin tabeliyindəki gömrük postlarında xidmət aparan 76 gömrük əməkdaşı iştirak edir və məqsəd əməkşların peşə biliklərinin artırılmasıdır.

Təlimin acılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev beynəlxalq ticarətin asanlaşdırılmasında, yükdaşımaların və sərhədkeçmə proseslərinin sürətləndirilməsində gömrük-sərhəd buraxılış məntəqələrinin xüsusi rol oynadığını bildirib, məntəqələrin işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə tətbiq edilən yeniliklərdən bəhs edib, təlimin bu istiqamətdə xüsusi rol oynayacağını diqqətə çatdırıb.

Akademiyanın rəisi Qulu Novruzov son dövrlərdə gömrük sistemində aparılan islahatların uğurla həyata keçirilməsində gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi ilə bağlı təlim və seminarların mühüm rol oynadığını bildirib. Qulu Novruzov bu istiqamətdə Akademiyanın da üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə, əməkdaşların peşəkarlığının artırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Təlim üç həftə davam edəcək və sonda iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov