Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Milli Məclisdə qazdan istifadəyə qoyulan limitin artırılması təklif olunub
Tarix: 23.04.2019 | Saat: 15:14:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında qazdan istifadəyə qoyulan limitin artırılması ilə bağlı təkliflə çıxış edib.

Deputat bildirib ki, əhalinin müxtəlif təbəqələrindən edilən müraciətlərə əsaslanaraq qaza qoyulan limit qaldırılmalıdır:

"İsrafçılığın qarşısını almaq üçün limitin olması normaldır. Hazırda 1700 kubmetr limit qoyulub. Təklif edirəm ki, bu limit qaldırılsın. Çünki həyət evlərində yaşayan, ödəniş imkanı aşağı olan insanlar o limitdən çox əziyyət çəkirlər. Böyük problemlər yaşayırlar. Təbii ki, məsələn, istixanaların ödəmə imkanları var. Aztəminatlı əhali üçün bu, böyük problemdir. Çox istərdim ki, müvafiq qurumlar bu məsələyə diqqət yetirsinlər və limit iki dəfə qaldırılsın".

F.Mustafa yol-nəqliyyat məsələlərinə də toxunub: "Dayanacaqlar yuyulmur. Piyada zolaqlarının böyük hissəsi çəkilməyib. Məsələn, Sabunçu rayonunun əksər qəsəbələrində bu zolaqlar çəkilmir. Bununla bağlı məsələlərə diqqət edilməlidir".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019