Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Fermerlər ehtiyaca uyğun təlimlərə cəlb olunur
Tarix: 23.04.2019 | Saat: 16:41:00
Bölmə:Sosial | çapa göndər

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerləri mütəmadi təlimlərə cəlb edir.

Bunu hafta.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, nazirlik əməkdaşları yerlərdə fermerlərin təlimlərə olan ehtiyacını dəqiqləşdirir:

"Mövcud ehtiyaclara uyğun olaraq fermerlər təlimlərə cəlb olunur. Təlimlər bitkiçilik, heyvandarlıq, texniki nəzarət, fitosanitar tədbirlər və sair istiqamətləri əhatə edir. Burda səpində müasir innovativ üsullardan istifadə etmək, aqrotexniki qaydalara, təqvimə riayət etməklə bağlı mütəmadi maarifləndirmə işləri həyata keçirilir".

Şöbə müdirinin sözlərinə görə, ötən ilin noyabr ayından başlayaraq bu günə qədər ən müxtəlif sahələr üzrə təlimlər keçirilir: "Yerlərdən aldığımız məlumatlar göstərir ki, fermerlərin bu təlimlərə ciddi ehtiyacı var. Aparılan təlimlər, maarifləndirmə işləri nəticəsində biz ən müxtəlif sahələr üzrə məhsuldarlığın artırılmasına nail olacağıq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019