Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə başa çatıb
Tarix: 23.04.2019 | Saat: 16:21:00
Bölmə:Sosial | çapa göndər

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən təqribən 1,4 milyon avro büdcəyə malik "Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi" Tvinninq Layihəsinin bağlanış mərasimi keçirilib. Təbir zamanı layihənin naliyyətləri və əsas nəticələri iştirakçıların diqqətinə çatdırılıb.

Hafta.az yazır ki, tədbirin keçirilməsində məqsədi tvinninq layihəsinin Azərbaycanda ətraf mühitin, xüsusilə də hava keyfiyyətinin monitorinqinin yaxşılaşdırılmasına öz töhfəsini verməsini nəzərə çatdırmaqdır. Layihənin özünün məqsədi isə strateji ekoloji siyasətin planlaşdırılması və uyğunluğa nəzarəti dəstəkləyən yüksək keyfiyyətli məlumatların təmin edilməsi ilə ekoloji monitorinq sisteminin gücləndirilməsi olub.

Layihə 2016-cı il noyabrın 1-dən 2019-cu il aprelin 30-dək, 30 ay davam edib. İştirakçı benefisiar qurum Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi olub. Bundan əlavə, layihədə üzv dövlətlərin qrumlarından Finlandiya Meteorologiya İnstitutu (FMI), Finlandiya Ətraf Mühit İnstitutu (SYKE), Avstriyanın Ətraf Mühit üzrə Agentliyi, (UBA), Latviya Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzi (LEGMC) iştirak edib.

Bağlanış mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri, elçi-müşavir xanım Simona Gatti, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Juris Maklakovs və digər yüksək səviyyəli şəxslər, benefisiar qurum və Aİ-na üzv tərəfdaş ölkələr - Finlandiya, Avstriya və Latviyadan aparıcı mütəxəssislər və sair iştirak edərək öz fikirlərini bölüşüblər. 

Müvafiq dövlət qurumları, sənaye müəssisələri, digər Tvinninq layihələri, ali təhsil müəssisələrinin nümayəndələri layihənin bağlanış tədbirində iştirak ediblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov
Azərbaycan nefti bahalaşır