Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gürgən qəsəbəsində səyyar görüş keçirilib
Tarix: 23.04.2019 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə səyyar görüşü keçirilib. “Həfyə içi”nin verdiyi xəbərə görə, görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak edibilər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışıb. Rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan natiq Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğulaıb.
Görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər ediblər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019