Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaza və işığa tətbiq olunan limit artırılsın
Tarix: 23.04.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda elektrik enerjisinə və qaza tətbiq olunan limitin artırılması məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin dünənki iclasında bu məsələ barədə çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər:

“Mən təklif edirəm ki, bu limitlər azı iki dəfə artırılsın. Xüsusən də həyət evlərində yaşayanlar imkansızdırlar və onlar borcu ödəyə bilmirlər. Oqtay müəllim, xahiş edirəm ki, bu məsələni gündəliyə salasınız və yuxarı orqanlarla bu məsələni razılaşdırıb həllinə nail olasınız”. Eyni zamanda, deputatlar Qənirə Paşayeva və Tahir Kərimli də həmkarının təkliflərini dəstəkləyib. T. Kərimli limitin, ən azı, bir və ya bir yarım artırılmasını təklif edib.
Yeri gəlmişkən, bir neçə gün öncə vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Energetika naziri Pərviz Şahbazov un müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.

Mövzu ilə bağlı fikirlərini hafta.az-a açıqlayan İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov deyib ki, Azərbaycanda işıq və qaza qoyulan limitin aradan qaldırılması mümkündür və dövlət büdcəsinin buna imkanları var: “Çünki 2017-ci ildən bəri manatın məzənnəsi stabildir. Nəticədə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçün mavi qazı limitsiz satmaqda hər hansı bir çətinlik yaranmır. Düşünürəm ki, limitin ləğvi səmərəli olar. Faktiki olaraq, sözügedən şirkətlərin bunu reallaşdırması üçün imkanları var. Çünki aztəminatlı ailələrdə və kombi sistemi istifadə olunan evlərdə mavi yanacağa görə, ödənişlər kifayət qədər yüksəkdir. Bu da ailə büdcəsinə mənfi təsir göstərir. Kommunal xidmətlər üçün limitlərə yenidən baxılması və ya limitlərin artırılmasının ləğv edilməsi müsbət hal kimi qiymətləndirilə bilər”.

Ekspert bildirib ki, bu sosial baxımdan da olduqca əhəmiyyətli məsələdir: “Nəzərə alınmalıdır ki, kommunal xərclər aztəminatlı vətəndaşlarımız üçün əsas xərclərdən biridir. Məsələyə yenidən baxılması və müvafiq qərarın qəbulu isə ölkə vətəndaşlarının xərclərinin azaldılmasına imkan verəcək. Bu, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından vacibdir. Vətəndaşlar kommunal xərclər üçün ayırdığı vəsaitin bir hissəsinə qənaet edə, digər problemlərinin həllinə yönəldə bilərlər”.
V.Bayramov vurğulayıb ki, bu kontekstdə məsələyə yenidən baxılmalı, islahatlar aparılmalıdır: “Azərbaycanın maliyyə imkanları kifayət qədərdir. Nəticə etibarilə bu, kommunal xidmətlərin tariflərinə yenidən baxılmasına və uyğun tarif və limitlərin tətbiq edilməsinə imkan verir”.
2019-cu ilin ilk iki ayı ərazində sosial istiqamətdə kifayət qədər ciddi addımların atıldığını deyən mərkəz rəhbəri ölkə prezidentinin qeyd etdiyi kimi, qarşıdakı aylarda da islahatyönümlü tədbirlərin həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bu mənada qaz və elektrik enerjisinə tətbiq olunan limitlərə yenidən baxılması gözləniləndir: “Belə bir addımın atılması vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün yeni imkan yaradacaq”.

Limitlərin ləğv olunmasına gəlincə ekspert bilidirib ki, bu məsələ Tarif Şurasından asılıdır: "Bu qərarlar Tarif Şurası tərəfindən verilir. Güman edirəm ki, sözügedən qurumların Tarif Şurasına, müraciət etməsinə ehtiyac var. Həmin qurumlar şuraya müraciət edərsə, o zaman məsələyə baxılması və qərarın qəbul edilməsi mümkündür”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, Azərbaycanda bu limiti ləğv etmək üçün yetərincə imkanlar mövcuddur: “Azərbaycanda elektrik və qazla bağlı infrastrukturun qurulmasında elektrik enerjisi önəmli rol oynayır, bu yatırımlar dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan vətəndaşları da dövlət büdcəsinin formalaşmasında önəmli rol oynadıqları üçün belə məhdudiyyətlərin tətbiqi iqtisadi yox, sosial-siyasi anlamda da doğru deyil. Qazla bağlı tətbiq olunan limit ümumiyyətlə anlaşılmır. Çünki Azərbaycana səmt qazı pulsuz verilir. BP-nin operatoru olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 90-cı illərdən bəri səmt qazı pulsuz verilir. Bu da ildə təxminən 2,5-3 milyard kubmetrə yaxın qaz edir. Azərbaycan əhalinin illik istehlak etdiyi qaz da təxminən bu qədərdir. Deməli, təbii qazı Azərbaycana Beynəlxalq Əməliyyat Şirkəti pulsuz verirsə, burada yalnız daşınma və saxlama xərcləri yer alır. Bu xərclər də hər min kubmetr üçün 40 manata başa gəlir.Hazırda ölkə iqtisadiyyatının kifayət qədər potensialı var ki, bu limitlər ləğv olunsun. Hökumətin bu məsələyə həm iqtisadi, həm siyasi, həm də fəlsəfi olaraq yenidən baxmasında fayda var. Qənaət məsələsi ilə bağlı sosial çarxlar çəkilə bilər, maarifləndirmə işləri aparıla bilər. Bunu bahalaşdırmaqla tənzimləmək olmaz”.

Mövzu ilə bağlı hafta.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, təmsil etdiyi qurum icraedici orqandır: “Qanunla hansı limit, hansı tarif qəbul olunursa, biz də onun icrasını həyata keçiririk. Yəni, biz icraedici orqanıq. Gələcəkdə də hansı tarif, hansı limit qüvvədə olacaqsa, işimizi ona uyğun icra edəcəyik”.
Bu məsələ ilə bağlı “Azərişıq” ASC-nin hər hansı bir təklifinin olub-olmadığına gəlincə, qurum rəsmisi sözügedən məsələnin hazırda müzakirə predmeti olmadığını deyib.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019