Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nazarbayev partiyasının qurultayında ağladı - GÜNÜN TƏZADLARI
Tarix: 23.04.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Aprelin 23-də Qazaxıstanın hakim partiyası "Nur Otan”ın XIX növbədənkənar qurultayında maraqlı anlar yaşandı. Hafta.az yazır ki, "Qafqazinfo”nun "nur.kz” portalına istinadən verdiyi xəbərə görə, partiyanın sədri, ölkənin birinci dövlət başçısı Nursultan Nazarbayev Kasım-Jomart Tokayevin 9 iyun prezident seçkilərində namizədliyi səsvermə nəticəsində təsdiqlənəndən sonra o, göz yaşlarını saxlaya bilməyib. Sabiq prezidentin kövrək anlarının lentə alındığı görüntü sürətlə sosial şəbəkələrdə yayılaraq müzakirə olunub. Qurultay iştirakçıları tədbirin sonunda Nazarbayevə yaxınlaşaraq onunla əl-ələ görüşüb və qucaqlaşıblar.


«Məşədi Dadaş» məscidinin möminləri katolik kilsəsinə getdi


Azərbaycan müsəlmanları Şri-Lanka terroruna görə paytaxtdakı katolik icmasına başsağlığı ziyarətinə getdilər. Çərşənbə axşamı «Məşədi Dadaş» məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Həzrət Məryəmin Məsum Hamiləliyi Kilsəsinə gediblər. Hafta.az yazır ki, icmadan musavat.com-a verilən məlumatda bildirilir ki, icma üzvləri Şri-Lankadakı kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd və bir olduğunu nümayiş etdiriblər. Müsəlman gənclər kilsə önündəki Həzrət Məryəm heykəli güllər qoyub, kədər sözlərini yazıblar. İcma nümayəndələri kilsənin ruhanisi yepiskop Vladimir Fekete ilə görüşərək başsağlığı veriblər. Bildirilib ki, baş verən terror aktı yalnız xristianlara qarşı deyil, qəlbində Allaha inam və sevgi olan hər kəsə qarşı törədilib. Bu ağır günlərdə inanclı insanlar, dinindən asılı olmayaraq bir-birinin yanında olmalı və insanlığı qardaş qırğınına sürükləyənlərin müqabilində vəhdət nümayiş etdirməlidirlər. Azərbaycanda müsəlmanlarla xristianlar hər zaman sülh və qardaşlıq mühitində yaşayıblar, bundan sonra da belə olacaq. Azərbaycan katolik icmasının rəhbəri yepiskop Vladimir Fedeke təşəbbüsə görə müsəlmanlara təşəkkür edib. Onun sözlərinə görə, bu cinayətin Tanrı adına edilməsi daha da acınacaqlıdır və müxtəlif din nümayəndələrinin birliyi olduqca mühümdür. Sonda terror qurbanları bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına birgə dualar oxunub.


Həkimlər qadını 27 illik komadan ayıltdı


Almaniya hospitalların birində qadın 27 il sürən komadan sonra özünə gəldi. Hafta.az xəbər verir ki, AZƏRTAC bu barədə “The National” portalına istinadla məlumat yayıb. Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Münirə Abdullah 1991-ci ildə 4 yaşlı oğlu və kürəkəni ilə birlikdə avtomobil qəzasına düşüb. Onların avtomobili məktəb avtobusu ilə toqquşub. Qadın oğlunun üzərinə atılaraq onu xilas etsə də, özü ağır kəllə-beyin travması alıb. Münirə yerli hospitala yerləşdirilib, sonradan isə London xəstəxanasına aparılıb. Yalnız minimal həyat əlamətinin göründüyü qadın vegetativ vəziyyətdə düşüb. Bir müddət sonra yenidən Birləşmiş Ərəb Əmirliklərinə gətirilib və əzələ tonusunun bərpası üçün fizioterapiya kursu keçib, lakin vəziyyəti düzəlməyib. 2017-ci ildə Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zahid Münirənin vəziyyətindən xəbər tutub və onun Almaniya klinikalarının birində müalicəsinin xərclərini üzərinə götürüb. 2018-ci ilin iyun ayında həkimlərin gözləmədiyi anda qadın huşa gəlməyə və bəzi səslər çıxarmağa başlayıb. O, 27 ildən sonra ilk dəfə oğlunun adını çəkib, bir müddət sonra isə danışıb və hətta dua oxumağa başlayıb. Münirə hazırda Əbu-Dabidə müalicəsini davam etdirir.


Market müdiri satıcının 400 minlik kəsrini bağışladı


Dağıstanda müsəlman mağaza sahibi satıcı qadının alqı-satqı əməliyyatları zamanı yol verdiyi 400 min rubl məbləğində kəsri bağışladı. Hafta.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər yayıb. Qadının sözlərinə görə, pul çatışmazlığı onun diqqətsizliyindən baş verib. Dükan sahibi polisə müraciət etməməyə və zərəri bağışlamağa qərar verib. Sahibkar belə davranışı bu yaxınlarda dünyasını dəyişmiş anasının parlaq xatirəsi üçün etdiyini bildirib. Diqqətəlayiqdir ki, tərəflərin barışmasına Dağıstan Müsəlmanları Ruhani İdarəsinın barışıq bölməsi vasitəçilik edib.


Yevlaxda qız cücə dərmanını duz bilib yedi, öldü


Yevlaxda 14 yaşlı qız cücə dərmanından zəhərlənərək öldü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, rayonun Hacımahmudlu kənd sakini, 2005-ci il təvəllüdlü Ziyafət Elnur qızı İsmayılova yaşadığı evdə ev quşlarının balaları üçün nəzərdə tutulan dərmanı duz bildiyindən yumurtanın üstünə səpərək yeyib. Bir neçə saatdan sonra yeniyetmənin vəziyyəti pisləşib. Ağır dərəcədə zəhərlənən Ziyafət İsmayılova xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019