Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aİİ-də “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib
Tarix: 24.04.2019 | Saat: 12:14:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Türkiyənin Azərbaycandakı Səfirliyinin din işləri üzrə müşaviri, professor Kamil Günəşin təqdimatında “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar təşkil olunub.

Hafta.az-a daxil olan məlumata görə, Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov tədbir iştirakçılarını salamlayıb. M.Mürsəlov bildirib ki, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə edilməsi üçün tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində ardıcıl təşkil olunan “dəyirmi masa”ların, seminarların, treninqlərin və görüşlərin xüsusi rolu var.

 

Mövzunun aktuallığına toxunan M.Mürsəlov bildirib ki, əxlaqi-mənəvi dəyərlər insanın şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərindən biridir. O qeyd edib ki, dövlətimiz milli-mənəvi və multikultural dəyərlərimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

 

Türkiyənin Azərbaycandakı Səfirliyinin Din işləri üzrə müşaviri, professor Kamil Günəş “İslam əxlaqı və müasir gənclik” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, İslam sivilizasiyasının birliyi onun müstəqilliyi, azadlığı, tərəqqisi və rifahı üçün yeganə şərtdir. Birlik olmayan yerdə heç bir təşəbbüs, heç bir səy və heç bir mübarizə nəticə verməz.

 

Kamil Günəş qeyd edib ki, cəmiyyətin aparıcı qüvvəsini təşkil edən gənclər ailədə, təhsil müəssisələrində gördükləri, öyrəndikləri ilə kifayətlənməməli, eyni zamanda, yeni məlumatlara, bilik və bacarıqlara yiyələnməyə maraq göstərməlidirlər. Gənclərin mütəmadi axtarışda olduqlarını bildirən K.Günəş yaş dövründən qaynaqlanan enerji, dinamiklik, çeviklik kimi əlamətlərin müvəffəqiyyətə çatmağa, yorulmamağa zəmin yaratdığını vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov