Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistanda kriminal vəziyyət nəzarətdən çıxıb
Tarix: 24.04.2019 | Saat: 14:47:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın sabiq daxili işlər naziri 1 mart terroru ilə bağlı xüsusi istintaq komitəsinə çağırılıb. Ona ölkəni tərk etməmək barədə bildiriş verilib və əmlakına müsadirə qoyulub.

1 mart terroru ilə əlaqədar sabiq daxili işlər naziri general-polkovnik Vladimir Kasparyan Xüsusi İstintaq Komitəsinə çağrılıb. O, istintaqa ifadəsində verilən göstərişi yerinə yetirdiyini deyib. V.Kasparyan, həmçinin iş adamından 900 milyon dram rüşvət almaqda şübhəli bilinir. Onun həyat yoldaşının adı isə fırıldaqçılıqda hallanır.

Ümumiyyətlə işğalçı ölkədə kriminal vəziyyət də sabit deyil. Əhali polis özbaşınalıqlarından və hakimlərin laqeydliyindən narazılıq edir.

Polisin işgəncəsi və zorakılığı nəticəsində 32 yaşlı şəxsin ölümü ölkədə böyük etirazlara səbəb olub. Onun yaxınları bildirib ki, üç polis əməkdaşı axşam saatlarında yaşadıqları evə girərək heç bir səbəb gətirmədən bölməyə getməli olduğunu deyiblər. Polislər zor tətbiq edərək uşaqların gözü qarşısında onun qollarını qandallayıb bölməyə aparıblar. Ölən şəxsin anası baş nazir Nikol Paşinyana və baş prokuror Artur Davityana müraciət edib. “Görün Ermənistanda nələr baş verir. Ermənistanın daxili işlər naziri Valeri Osipyana üzümü tutub deyirəm. Ar olsun sənə və sənin polis əməkdaşlarına”,- deyə narazı vətəndaş bildirib.

Ümumiyyətlə, paytaxt sakinləri üçün güllə səsləri adi hala çevrilib. Ermənistan daxili işlər nazirliyinin yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölənlərdən biri 23 yaşlı futbolçudur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov