Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gənc qız valideynlərinin gözü qarşısında intihar etdi - TƏFƏRRÜAT + FOTO
Tarix: 24.04.2019 | Saat: 14:04:00
Bölmə:Hadisə | çapa göndər

Yasamal rayonunda intihar hadisəsi baş verib. Hadisə Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində qeydə alınıb.

Hafta.az-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, intihar edən şəxs 1996-cı il təvəllüdlü Dadaşova Firuzə Rasim qızıdır. O, özünü binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Olay, aprelin 23-də axşam saat 21.00 radələrində yaşanıb. Bina sakinlərindən əldə etdiyimiz məlumata görə, Firuzə Dadaşova Gənclik metorsu yaxınlığında gözəllik salonunda işləyib. Bəziləri intiharın baş verməsinin əsas səbəbi kimi gözəllik salonunda təxminən min manat pul oğurlanması və bu məsələdə Firuzənin ittiham edilməsini göstərib.

Olayla heç bir bağlılığı olmadığını söyləyən F.Dadaşova son nəticədə intihara edib.
Hafta.az-ın əldə etdiyi məlumata görə, olay günü Alimlər binası kimi tanınan binada yaşayan Firuzənin valideynləri, xüsusilə də atası ona təskinlik verməyə çalışıb. Böhtanın tezliklə aradan qalxacağını söyləyib.

Lakin gənc qız valiyenlərinin bu təskinliyinə qulaq asmayaraq özünü yaşadığı evdən ailə üzvülərinin gözü qarşısında yerə atıb. Atası intihara mane olmağa çalışsa da qızını tuta bilməyib. Firuzə atasını da itəliyərək intihar edib.

Sakinlərlə söhbətimiz zamanı hadisənin ötən gün axşam, şər qarışan vaxtı baş verdiyini söylədilər. Bildirdilər ki, Füruzə məhəllədə başı aşağı, işə gedib-işdən gələn, heç kimlə işi olmayan birisi kimi tanınıb. Məhəllə sakinləri Dadaşovlar ailəsinin, eləcə də Füruzənin inanclı insanlar olduğunu, 23 yaşlı qızın kiməsə pul "ata" biləcəyinə inana bilmədiklərini söylədilər. 

Hazırda faktla bağlı istintaq hərəkətləri davam etdirilir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov