Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tağıyevin heykəlinin qoyulması ilə bağlı 3 dövlət qurumu birgə iş aparır - RƏSMİ
Tarix: 24.04.2019 | Saat: 16:21:00
Bölmə:Siyasət | çapa göndər

Bir müddət əvvəl Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə ölkə başçısı İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşdə milyonçu Hacı Zeynalabdin Tağıyevə Bakıda heykəl qoyulması məsələsini gündəmə gətirmişdi.

Prezident də əməkdar artistin təklifini dəstəklədiyini bildirmişdi. Həmin görüşdə mədəniyyət xadimlərinin səsləndirdiyi təkliflərin bir qismi öz həllini tapdı. Görkəmli şəxsiyyətlərin adına küçə verildi. Bu kimi bir sıra təkliflər həyata keçdi.

Amma milyonçu H.Tağıyevin heykəlinin harada qoyulması, bunun nə zaman reallaşacağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti ilə dəqiqləşdirməyə çalışdıq.

Meriyanın sözçüsü İsrafil Kərimov hafta.az-a açıqlamasında bildirdi ki, hazırda bu məsələ ilə bağlı üç dövlət qurumu bir araya gələrək müzakirələr aparır: “Bir neçə gün əvvəl Süleyman Ələsgərov adına küçə verildi. Hacı Zeynalabdin Tağıyevin heykəli ilə bağlı hələlik hər hansı məlumat yoxdur. Onu da deyim ki, Memarlar İttifaqı, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti və digər qurumlar bu məsələ ilə bağlı birgə iş aparır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019