Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sovet İttifaqı Qəhrəmanının adını daşıyan park yenidən qurulub
Tarix: 24.04.2019 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

1945-ci il 9 May – Qələbə Gününə 14 gündən də az vaxt qalıb. Dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də hər il alman faşizmi üzərində Qələbə Günü təntənəli şəkildə qeyd edilir. Artıq Qələbə Günü ilə əlaqədar Bakı şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin yerləşdiyi park və istirahət guşələrində abadlıq, təmir və bərpa işləri aparılır.

Bu dəfə yolumuzu paytaxtın mərkəzi sayılan Səbail rayonu Bayıl qəsəbəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun abidəsi yerləşən və onun adını daşıyan parkdan saldıq. Park öz füsunkar gözəlliyi ilə seçilirdi.
Qafur Məmmədov Böyük Vətən Müharibəsi dövründə Sevastopolun müdafiəsində faşizmə qarşı amansız mübarizə aparıb. 1942-ci ildə Tuarel şəhəri yaxınlığında qəhrəmanlıqla həlak olub. Səbail Rayon İcra Hakimiyyəti başçısının və Səbail Bələdiyyəsinin köməkliyi nəticəsində sözügedən istirahət guşəsində böyük abadlıq, təmir və bərpa işləri aparılıb. Başlıcası odur ki, qəhrəmanın abidəsi yenilənib, büstün 3 metrə yaxın oturacaq hissəsinə qara mərmər üzlük çəkilib.

 

Təxminən, 3 hektara yaxın ərazini əhatə edən park müasir tələblərə cavan verən səviyyədə təmir edilib. Parkın daxili yollarına tamet daşlar döşənilib, yolkənarı səkilərə və hasarlara ağ mərmər üzlüklər çəkilib. Parkın daxili giriş və çıxış piləkənləri isə qara mərmərdəndir. Parka müasirtipli oturacaqlar qoyulub, uşaq attraksionları quraşdırılıb. Parkın iri ağaclarının qurumuş budaqları doğranılıb. Bir sözlə, sakinlərin istirahəti üçün sözügedən istirahət guşəsində hər cür şərait yaradılıb. Park bayram gününə hazırdır. Məmməd adlı sakin 1967-ci ildən Bayıl qəsəbəsində, parka yaxın ərazidə yaşadığını söylədi. Onun sözlərinə görə, hər gün nəvələrini götürüb bu parka gəlib dincəlirlər: «Parkın havası çox təmizdir, nəvələrimi də götürüb gəlib burada dincəlirik. Sağ olsunlar. Səbail RİH-in başçısı Vüqar müəllimin rəhbərliyi və köməkliyi sayəsində parkda abadlıq işləri aparılıb. Bələdiyyənin işçiləri hər gün parkda olurlar, təmizliyə ciddi nəzarət edilir. Ağacların dibinə su xətti çəkilib.

Hər gün park yuyulub təmizlənilir, qazon və ağaclar suvarılır. Artıq istirahət guşəsində təzə uşaq oyuncaqları və yelləncəklər quraşdırılıb. Uşaqlarımız yelləncək və oyuncaqlarda pulsuz oynayırlar”. Sakinlər dedilər ki, park gecə daha gözəl və yaraşıqlı görünür. Gecə işıqları parkı öz nuruna qərq edir: “Biz sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Sovet İttifaqı Qəhrəmanının adına uyğun park da salınıb. Gənclərimiz gəlib qəhrəmanın abidəsini bu cür möhtəşəm bir parkın içində görəndə qürur duyurlar. Onlara Vətən sevgisi aşılanır. Hər il Qafur Məmmədovun adını daşıyan parkda Böyük Vətən müharibəsinin Qələbə Günü möhtəşəm şəkildə qeyd edilir. Bu il də qeyd ediləcək...».



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov