Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Fənn olimpiadalarının final mərhələsində 574 şagird mübarizə aparacaq
Tarix: 24.04.2019 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Qaliblər olimpiadaya qatıldıqları fənnə uyğun ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul oluna biləcəklər

May ayında respublika fənn olimpiadalarının final turu keçiriləcək. Təhsil Nazirliyindən verilən məlumata görə, fənn olimpiadalarının final mərhələsinə 574 şagird vəsiqə qazanıb. Finalda iştirak edəcək şagirdlərin adlı siyahısı www.olimpiada.edu.az saytında yerləşdirilib.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi fevralın 3-də keçirilib. Bilik yarışında 32 986 nəfər 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edib.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.
Yeri gəlmişkən, bu gün ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasında respublika üzrə keçirilən fənn olimpiadalarının da müstəsna rolu var. Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.14-cü bəndinə uyğun olaraq hazırlanıb. Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları istedadlı şagirdlərin müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlığını təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar.

Qaydalara görə, fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də fənn olimpiadalarına cəlb oluna bilər.
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən respublika təşkilat komitəsinin qərarı ilə müəyyənləşdirilir. Rayon (şəhər) mərhələlərində hər bir fəndən sualların ən azı 60 faizinə düzgün cavab vermək şərtilə hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Gəncə və Sumqayıt şəhərlərindən hər sinif üzrə ilk 5 yeri tutmuş şagird, Bakı şəhərindən isə hər sinif üzrə ilk 20 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Bu mərhələnin yarımfinal turunda suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun və nisbətən çətinləşdirilmiş qapalı test formatında hazırlanır. Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə fənlərdən asılı olaraq 30-40 sual təqdim edilir və cavablandırma üçün 3 saat vaxt ayrılır.

Fənn olimpiadalarının respublika mərhələsinin final turu iki yaş qrupu üzrə - aşağı yaş qrupu ( IX siniflər və aşağı) və yuxarı yaş qrupunda (X-XI siniflər) keçirilir. Respublika mərhələsinin yarımfinal turunda hər fəndən sualların ən azı 70 faizinə düzgün cavab vermək şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20 şagird, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində iştirak etmək hüququ əldə edir. Final turunun sualları fənn olimpiadalarının münsiflər heyəti tərəfindən yaş qruplarına uyğun olmaqla açıq tipli suallar formatında hazırlanır. Respublika mərhələsinin final turunda şagirdlərə fənlərdən və yaş qruplarının xüsusiyyətləri nəzərə alınmaqla 5-7 sual, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 3 sual Azərbaycan dili, 2 sual isə ədəbiyyatdan olmaqla ümumilikdə 5 sual, tarixi fənni üzrə isə 3 sual Azərbaycan tarixi, 2 sual isə ümumi tarixdən olmaqla ümumilikdə 5 sual təqdim edilir və imtahan üçün 3 -4 saat vaxt ayrılır.

Məlumat üçün onu da vurğulayaq ki, hər il finala 500-dən çox şagird çıxır. Təkcə 2017-ci ildə respublika fənn olimpiadalarında iştirak edən səkkizinci və doqquzuncu sinif şagirdləri 48 qızıl, 85 gümüş və 130 bürünc olmaqla, 263 medal qazanıblar. Olimpiadaların rayon (şəhər) mərhələsində 30 mindən artıq şagird, respublika mərhələsinin yarımfinal və final turlarında müvafiq olaraq təqribən 6.500 şagird iştirak edib. Ötən il isə bu yarışlara 33 mindən çox şagird qatılıb.
Olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, ümumilikdə, 276 nəfər qalib elan olunub. 2018-ci ildə respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşüb. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb. Eyni zamanda, ötən il keçirilən qəbul imtahanlarında iştirak edən respublika fənn olimpiada qaliblərindən biri 700 bal toplayıb. Təhlillərə görə isə Azərbaycanda olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta bal 657-dir.

Bundan başqa, son illər Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda göstərdikləri nəticələr də yaxşılaşmaqdadır. Məsələn, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə, 109 medal qazanıblar. Bu da müstəqillik dövründə qazanılmış bütün medalların, təxminən, 3 faizi edir. Cari tədris ilində isə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında uğur qazanaraq ölkəmizə 1 qızıl, 6 gümüş və 10 bürünc medal olmaqla, ümumilikdə 17 medal gətiriblər.
Şagirdlərimizin digər beynəlxalq olimpiadalarda da iştirakı gözlənilir. Belə ki, azərbaycanlı məktəblilər riyaziyyat fənni üzrə Balkan Riyaziyyat Olimpiadası, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası, Beynəlxalq Riyaziyyat Olimpiadası, fizika fənni üzrə Avropa Fizika Olimpiadasına qatılacaqlar.
Eyni zamanda Beynəlxalq Fizika Olimpiadası, Beynəlxalq Mendeleyev Kimya Olimpiadası, Beynəlxalq Kimya Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, Beynəlxalq İnformatika Olimpiadası və Beynəlxalq Biologiya Olimpiadasında da məktəblilərimizin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, olimpiadalara hazırlıq proqramı çərçivəsində seçilmiş şagirdlər yerli və əcnəbi müəllimlərin dərslərində, müxtəlif ölkələrdə keçirilən hazırlıq təlimlərində iştirak edirlər.
Hazırda ölkəmizdə səfərdə olan Moskva Fizika-Texniki İnstitutunun professorları tərəfindən fizika fənni üzrə Beynəlxalq Olimpiadada iştirak edəcək komandanın üzvlərinə təlimlər keçirilir. Təlimlər mayın 1-dək davam edəcək.
Xatırladaq ki, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, respublika fənn olimpiadalarının qalibləri isə olimpiadaya qatıldıqları fənnə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna bilirlər.

Bundan əvvəlki qaydalara görə, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurdular. Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısına gəlincə, bu siyahıya fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları, olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan),vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan), Ggnc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan), Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya),“Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika),gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya), gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya), gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan), gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya), gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya) daxil idi.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
İlham Əliyev "Bir kəmər, bir yol" Beynəlxalq Forumu çərçivəsində dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib - FOTO
Yasamalda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov