Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Almanı vaxtında yemədiyinə görə 500 dollar cərimə olundu - GÜNÜN TƏZADLARI
Tarix: 24.04.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Amerika sakinini məzuniyyətdən evinə qayıdarkən bir almaya görə cərimələdilər. Hafta.az bu haqda Musavat.com-a istinadla xəbər verib. Kolorado ştatından olan Kristal Tedlok “Delta” kampaniyasının təyyarəsi ilə Parisdən Koloradoya uçurdu. Təyyarədə olanda onlara nahar üçün içi yeməklə dolu bir qutu veriblər. Kristal həmin qutudan almanı sonradan yemək üzrə götürüb. Amma gömrük məntəqəsindən keçərkən ona baqaj daşınması qaydalarını pozduğunu deyiblər. Buna onun çantasında alma olması ilə bağlı daha öncə məlumat verməməsi səbəb olub. “Gömrük işçisi məndən soruşdu ki, Fransa səfəri mənə baha başa gəldimi? Mən heç nə başa düşmədən cavab verdim ki, “hə”. O da cavabında mənə dedi ki, səfər sənə daha da baha başa gələcək. Bundan sonra gömrük qaydalarını pozduğum üçün cərimələndim”. O, bir alma üçün 500 dollar cərimə ödəyib. Amerikalı qadın bildirib ki, aviakompaniya nümayəndələri onun ABŞ sərhədlərinə daxil olana qədər almanı yeməsi ilə bağlı xəbərdarlıq etməli idilər.


Toy əvəzinə 30 ağac əkdilər və...


Qırğızıstan paytaxtında bəy və gəlin təmtəraqlı nikah mərasimi və toy keçirmək əvəzinə, şəhərdə 30 ağac əkdi və aztəminatlı ailələrin uşaqlarına hədiyyələr etdilər. Hafta.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki, bu haqda Bişkek şəhər meriyasının mətbuat xidməti məlumat yayıb. 28 yaşlı Zalkar Nazarbekoğlu və 25 yaşlı Aycamal Zamirbekova uşaqlarla dükanları gəzərək alış-veriş edib və onlara lazımlı şeyləri alıblar. Hər bir uşaq özünə paltar seçib. Sonra yeni evlənənlər Bişkekin Abdraxmanov və Frunze küçələrinin kəsişməsində 30 tozağacı əkib. Uşaqlar da onlara fəal şəkildə kömək ediblər. Gənc ailəni təbrik etməyə gələn Qırğızıstan Respublikası Əmək və Sosial İnkişaf Nazirliyinin nümayəndələri nazir Ulukbek Koçkorovun adından onlara təbrik və təşəkkür məktubunu çatdırıb. Bəy və gəlin təmtəraqlı toydan imtina etmək qərarını onunla izah ediblər ki, son vaxtlar cəmiyyətdə israfçı tədbirlərin faydasızlığı barədə ciddi məsələ qaldırılır. Çünki bir çox vətəndaşlar nişan və ya toy etmək üçün böyük məbləğdə borclar götürməyə və illərlə kredit, sələm ödəməyə, iş üçün xaricə getməyə məcbir olurlar...


Ağcabədidə bağça müdiri dəm qazından öldü


Ağcabədi sakini dəm qazından boğuldu. Hafta.az yazır ki, “ONA”-nın məlumatına görə, hadisə Ağcabədi rayonunun Kəbirli kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Sevil Saleh qızı Məmmədova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı Ağcabədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, dəm qazından boğularaq ölən S.Məmmədova Kəbirli kənd uşaq bağçasının müdiri olub.

 

Sumqayıtda polis əməkdaşına hücum edildi


Sumqayıtda polis əməkdaşı xidməti vəzifəsini yerinı yetirərkən xəsarət aldı. Hafta.az yazır ki, “ONA”nın yerli bürosunun məlumatına görə, hadisə aprelin 23-ü gecə saatlarında şəhərin 34-cü məhəlləsində baş verib. Belə ki, ərazidə xidmət aparan 1990-cı il təvəllüdlü Xəlilov Əmrah Elşən oğlu küçədə 2 nəfərin mübahisə etdiyini görərək onları sakitləşdirməyə çalışıb.
Nəticədə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı tərəflərdən birinin hücumuna məruz qalıb. Çənə nahiyəsindən zədə alan Ə. Xəlilov xəstəxanaya gətirilib və ona yardım göstərilib. O, müayinədən sonra ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.


Bakıda bağça müdirinin kabineti soyuldu


Bakıda bağça müdirinin otağı qarət edildi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə Yasamal rayonu N.Nərimanov prospektində yerləşən 184 saylı uşaq bağçasında qeydə alınıb. Bağça müdirinin otağının pəncərəsi qırılıb, televizor və digər qiymətli əşyalar oğurlanıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Avtobusda yaşlı kişi qadının qucağında əyləşdi və...


Çində qəribə olay yaşandı. Hafta.az xəbər verir ki, bu haqda Publika.az məlumat yayıb. Qansu əyalətinin paytaxtı Lanzouda ictimai nəqliyyatdan istifadə edən sakinlər arasında dava düşüb. Yaşlı bir kişi bir qadından oturmaq üçün ona yer verməsini istəyib. Lakin qadın bu tələbə rədd cavabı verib. Yaşlı kişi isə qəzəblənərək zorla qadının qucağına oturub və ona dəfələrlə şillə vurub. Digər sərnişinlərin olaya müdaxilə etmədiyini görən avtobus sürücüsü nəqliyyatın hərəkətini dayandırıb və yaşlı kişini qadının qucağından endirməyə çalışıb. Lakin bunu bacarmayıb. Qadın bir müddət bu şəkildə əyləşən yaşlı kişini itələyib və o, yerə yıxılıb. Hadisə təhlükəsizlik kameralarında anbaan əks olunub. Həmin kadrlar internet şəbəkələrində yayılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019