Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mərakeş Şri Lanka və Hindistanla terror hücumlarına dair məlumatları paylaşıb
Tarix: 24.04.2019 | Saat: 18:45:00
Bölmə:Dünya | çapa göndər

Mərakeş Krallığı Şri Lanka ilə İŞİD həyata keçirdiyi terror aktlarına dair kəşfiyyat məlumatlarının paylaşdığını bildirib. Rəsmi Rabat terrorçuların tapılıb ələ keçirilməsinə yardım edəcək bu məlumatları güclü ikitərəfli əlaqələrə malik olduğu Hindistanla da paylaşdığını əlavə edib.

Hafta.az "Outlookindia"ya istinadən yazır ki, açıqlanan kəşfiyyat məlumatlarından da göründüyü kimi, bu ada ölkəsində 360 nəfərin ölümünə yol açan terror aktlarını həyata keçirən İŞİD, eyni zamanda, Şri Lankanın baş naziri Ranil Wickremesinghe ilə Hindistanın Kolombodakı səfirliyinə də terror hücumu etmək niyyətində olub. O cümlədən 10 hindustun da ölümü ilə nəticələnmiş bomba partlayışını məhz İŞİD törədib. 

Məlumatda o da deyilir ki, Şri Lankanın səlahiyyətli nümayəndələri cinayətkarların xaricdəki əlaqələrini və xarici təşkilatların onlarla mümkün əlaqələrinin araşdırıldığını bildiriblər.  

Yazıda bildirilir ki, Şimali Afrikada yerləşən, sülhsevər müsəlman ölkəsi olan Mərakeş İslam dünyasında terror və radikalizmə qarşı mübarizədə böyük uğurlar əldə edib. Məsələn, ötən ilin oktyabrında Mərakeşdə yerləşən Hüquq İstintaq Bürosunun (BCİJ) sədri Abdelhaq Xiame, ölkəsinin hüquq mühafizə orqanları tərəfindən müxtəlif vaxtlarda həyata keçirilən əməliyyatlar nəticəsində "361 dağıdıcı terror layihəsi" planlaşdıran "183 terror hücrəsini" zərərsizləşdirdiyini açıqlayıb. Bu proses çərçivəsində 292 nəfəri keçmiş məhkumlar olan ümumilikdə 3 mindən çox adam həps edilib. 

Məqalədə qeyd edilir ki, Mərakeşlə Hindistan arasında terrorla mübarizə sahəsində əməkdaşlığa dair müqavilə mövcuddur. Bildirilir ki, ötən il Dehliyə səfəri zamanı Mərakeşin Ədliyyə naziri Mohamed Auajjar "Economic Times"ə verdiyi müsahibəsində, "Mərakeş dünya miqyasında terrorla mübarizə sahəsində güclü imkanlara sahibdir" deyib. Onun sözlərinə görə, Rabat böyük ölkələrlə terrorla mübarizə müstəvisində ikitərəfli əməkdaşlıq edir. Ona görə də Mərakeş tərəfi Hindistanla geniş əlaqələri nəzərə alaraq terrorla mübarizədə əməkdaşlığı daha da gücləndirmək məqsədilə Dehli ilə saziş imzalamağa qərar verib. 

Nazir Mohamed Auajjar eyni zamanda, Mərakeş kralının sözlərini təkrarlayaraq İslamın terrora və yoxsulluğa qarşı olduğunu bildirib. Nazir ölkəsinin radikallaşmaya qarşı atdığı addımlarının dünya birliyi tərəfindən alqışla qarşılandığını vurğulayıb. O deyib ki, hazırda üç fərqli formada çoxyönümlü terrorla mübarizə strategiyası həyata keçirirlər. BUnlar kəşfiyyat məlumatları toplama, sosial-iqtisadi islahatlar və dini məktəblərin yenilənməsidirdir. 

"Mərakeş yaxın keçmişdə Fransa, İspaniya və Belçika kimi dost ölkələrlə kəşfiyyat məlumatlarını paylaşıb. Hindistanla kenişlənən münasibətlər müstəvisində ötən il iki ölkə arasında qarşılıqlı olaraq 10 nazir səviyyəsində səfər həyata keçirilib. Bu da Rabatla Dehli arasında kəşfiyyat məlumatlarının paylaşılması kimi əməkdaşlığın başlanmasına zərurət yaradır" nazirin açıqlamasında deyilir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
Azyaşlılar arasında zərərli vərdiçlər artır - Təhlükə
Prezident BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdü - FOTO
Qala divarının heç bir daşına da ziyan vurmaq olmaz və heç zaman vurulmayacaq - Birinci vitse-prezident
Feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar - Əli Həsənov
Azərbaycan nefti bahalaşır
Tovuzçay su anbarına düşən şəxsin meyiti tapılıb - YENİLƏNİB