Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Niderland Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır" - Onno Kervers
Tarix: 25.04.2019 | Saat: 10:05:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers keçirdiyi mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb. 

Səfir bildirib ki insan alveri sahəsində ölkələrimiz arasında çox geniş əməkdaşlıq mövcuddur. Onun sözlərinə görə, bu sahədə, xüsusilə Azərbaycanın bölgələrində yaşayan qadınlar arasında iş aparılır, onların maarifləndirilməsinə və daha azad yaşamalarına dəstək verilir.  

"Bakıda mədəni tədbirlər də keçiriləcək. O cümlədən, Holland filmlərinin Bakıda təşkil olunacaq "İmagine" festivalında nümayişi, Mingəçevir şəhərində keçiriləcək "Avropa günləri" çərçivəsində fəaliyyətlər, Müasir İncəsənət Muzeyində talış xalqının mədəniyyəti haqqında foto-sərgi və payızda reallaşacaq məşhur Bakı Caz festivalında yenidən iştirak etmək kimi proqramlarımız var" deyib səfir O.Kervers.

Diplomat Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub. Deyib ki, Niderland münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. "Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan, eləcə də iki ölkənin XİN başçıları arasında mütəmadi şəkildə keçirilən görüşləri dəstəkləyirik" deyib diplomat.

Səfir iki ölkə arasında birbaşa aviareysin açılmasını da arzuladığını deyib. Bildirib ki, hava yolun açılması ilk növbədə önun özünə sərf edər. Çünki bu halda Azərbaycanla ölkəsi arasında məsafəni daha tez qətt edər və vətəninə daha tez vaxtda gedib çatar.

Səfir iyun ayının ikinci yarısında Niderland ticarət missiyasının Bakıya gələcəyini, amma hələlik nünayəndə heyyətinə kimin rəhbərlik edəcəyinin məlum olmadığını deyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019