Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Niderlan Azərbaycana 300 min avro yardım ayırıb - SƏFİR
Tarix: 25.04.2019 | Saat: 10:18:00
Bölmə:Siyasət | çapa göndər

Niderlandın ölkəmizdəki səfiri Onno Kervers Milli Gün münasibətilə mətbuat konfransı keçirib.

Səfir deyib ki, kral Vilyam Aleksandrın ad gününə təsadüf edən bayram Niderlanda xüsusi qeyd edilir. "Əslində Kralın ad günü aprelin 27-dədir. Amma Bakıda Formula-1 yarışları keçirilməsi ilə əlaqədar biz bu tədbiri məhz aprelin 25-də qeyd edirik. Bu hadisə Niderlandda bütün xalq üçün ziyafət günüdür, ölkə başdan-başa narıncı rəngə boyanır. Vilyam adının mənası portağal deməkdir. Futbol komandamızın geyimindəki rəng də bununla bağlıdır. Bayram günləri ölkənin bütün şəhərlərində alış-veriş canlanır, adamlar köhnə əşyalarını satırlar və sair" deyən səfir bayramın Azərbaycanda qeyd edilməsindən də söz açıb.

Səfir deyib ki, hazırda ölkələrimiz arasında slx əlaqələr mövcuddur. "Ötən illər ərzində iki ölkə arasında çox sayda görüşlər keçirilib, Azərbaycanda xeyli sayda Niderland şirkəti fəaliyyət göstərir. Hazırda Niderland şirkətləri enerji, su ehtiyyatlarının idarə olunması, ətraf mühit, limanların inkişafı, neft-kimya məhsullarının istehsalı, tibbi avadanlıqlar, gəmiqayırma, loqistika və təhsil kimi sahələrdə fəallıq göstərirlər. İxtisaslaşmış holland şirkətləri isə dəniz neft-qaz sektrounda yeni fəaliyyət növləri ilə məşğul olmağı planlaşdırırlar. Biz eyni zamanda sosial-humanitar sahələrdə də əməkdaşlıq edirik. O cümlədən qızlardan ibarət futbol komandasının yaradılmasına nail olmuşuq ki, bu da qızların müstəqil inkişafına yardım edəcək. İqtisafi-ticari sahədə də əməkdaşlıq edirik. Xüsusilə kənd təsərrüfatı sahəsində böyük layihələrimiz var" deyən səfir əlavə edib ki, hazırda Niderland ABŞ-dan sonra dünyada ikinci iri qida məhsulları ixrac edən və güclü kənd təsərrüfatına sahib ölkədir.

"Azərbaycanda da kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməkdədir. Bu səbəbdən də ölkələrimizin kənd təsərrüfatı sahəsində əməkdaşlığı üçün yaxşı imkanlar yaranıb" deyib niderlandlı diplomat. 

O, qeyd edib ku, ötən il Azərbaycan baş nazirinin müavini Niderlanda səfər edib və orada çox sayda görüşlər keçirib.

"Bu ayın əvvəlində ölkəmiz tərəfindən Azərbaycanda model fermanın qurulması üçün 300 min avro həcmində maliyyə yardımı ayrılıb" deyən səfir amma bütün bu layihələrin keçmişdə qaldığını desə də, gələcəkdə də bu kimi böyük layihələrin həyata keçiriləcəyini bildirib.

O, may ayının ortalarında Bakıda keçiriləcək "Caspian Agro" sərgisində Niderlanddan rekord sayda - 20 şirkətin narıncı guşədə təmsil olunacağını deyib. Səfirin sözlərinə görə, Niderland-Azərbaycan əlaqələri eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr deməkdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019