Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Çinin Azərbaycana olan maraqları olduqca böyükdür” – Fikrət Yusifov
Tarix: 25.04.2019 | Saat: 16:09:00
Bölmə:Siyasət | çapa göndər

“Son illər Çin ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri getdikcə dərinləşir. Çinin Azərbaycanla əməkdaşlıqda böyük maraqları var”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. Fikrət Yusifovun sözlərinə görə, Çinin qərblə şərqi birləşdirən bir məkan kimi Azərbaycana olan maraqları olduqca böyükdür: “Təbii ki, coğrafi yerləşməmiz, iqtisadi sahədə apardığımız davamlı islahatlar, ölkədə artıq illərlədir hökm sürən ictimai-siyasi sabitlik Çin kimi böyük və güclü bir dövləti bizimlə əməkdaşlıqda maraqlı edə bilən əsas şərtlərdir. Heç şçübhəsiz biz də dünyanın iqtisadi cəhətdən ikinci nəhəng ölkəsinin bizə olan münasibətindən maksimum yararlanmaq istəyindəyik. Çindən qərbə daşınan yüklərin az bir hissəsinin Azərbaycan üzərindən keçməsi bizə böyük ölçülərdə valyuta gəlirləri gətirə bilər. Ölkələrimiz arasındakı münasibətlərdə bizim başlıca hədəflərimizdən biri və mən deyərdim ki, birincisi tranzit yükdaşımalar sahəsində əməkdaşlığı yüksək səviyyədə qurmaqdan ibarətdir. Azərbaycan və Çin rəhbərlərinin dəstəyi ilə ölkələrimiz arasındaki siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019