Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sumqayıt şəhər 15 saylı orta məktəbdə Nəsimi gecəsi təşkil olunub
Tarix: 25.04.2019 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

"Nəsimi ili" çərçivəsində ölkəmizin bütün təhsil ocaqlarında dahi şairimizin həyat və yaradıcılığı geniş tədris edilir, bu istiqamətdə müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Sumqayıt şəhər 15 saylı orta məktəbdə təşkil olunub. Gültəkin müəllimənin və məktəbin 8"b" sinif şagirdlərinin təşkilatçılığı ilə təşkil olunan dahi şairimizin yubiley gecəsi özənəməxsusluğu ilə yadda qalıb.
İlk öncə Nəsimi yaradıcılığı ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verilib, Azərbaycanın klassik ədəbiyyatında dahi şairin rolundan danışılıb, onun əsərlərini doğma dilimizdə yazdığı vurğulanıb. Bildirilib ki, bu gün İmadəddin Nəsimi adını dünyanın bir çox ölkələrində tanıyırlar. Bu şarin zəngin yaradıcılığı, əsərlərindəki düşündürücü fəlsəfi təfəkkürün dərinliyi ilə bağlıdır. Hələ də İmadəddin Nəsimi ilə bağlı araşdırmalar aparılır, yeni-yeni əsərlər ortaya qoyulur.


Daha sonra tədbir bədii hissə ilə davam etdirib. 8"b" sinfinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Dahi şairin qəzəllərini sinif şagirdləri Cəmilə, İlahə, Mirzəfər və Surxay söyləyiblər. Bunun ardınca, şairin adı ilə adlandırılmış Nəsimi filmindəki Əmir Teymurla İmadəddin Nəsiminin qarşılaşması əks olunan hissə şagirdlərin ifasında yenidən canlandırılıb. Şagirdlərdən Nəsimi rolunu İstək, Əmir Teymuru isə Rauf canlandırıb. Şövkət isə mahnı oxuyub. Yubiley tədbiri iştirakçılardan dərin təəssürat oyadıb və zövq oxşayıb.

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib
“Əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq” – Tahir Mirkişili