Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sökülən evlərlə bağlı kompensasiya artırılmalıdır - TƏHLİL
Tarix: 25.04.2019 | Saat: 17:15:00
Bölmə:Sosial | çapa göndər

Bu ilin əvvəlindən başlayaraq ölkəmizdə ciddi sosial islahatlar həyata keçirilir. Belə ki, hökümətin hazırladığı sosial islahatlar paketi çərçivəsində artıq vətəndaşları narahat edən bir sıra məsələlər öz həllini tapıb.

Məsələn, manatın devalvasiyasından sonra dollar kreditləri ilə bağlı yaranmış və vətəndaşları bir neçə ildir ki, ciddi şəkildə narahat edən problem məhz bu il öz həllini tapdı. Artıq bununla bağlı əhaliyə müvafiq kompensasiyaların ödənişinə də start verilib.
Qeyd edək ki, hazırda sosial sahədə inqilabi islahatların həyata keçirilməsi vətəndaşların narahatlığına səbəb olan digər vacib məsələləri də gündəmə gətirib. Belə ki, mütəxəsislərin fikrincə, islahatlar paketi çərçivəsində vətəndaşlara məxsus sökülən mənzillərə ödənilən kompensasiyaya yenidən baxılması və verilən təzminatın artırılması zəruridir.

Yeri gəlmişkən, hazırda Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti satın alınmaqdadır. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu obyektlərin satın alınmasının məqsədi Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsidir.
Nazirlər Kabinetinin məlumatında qeyd edilib ki, müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1500,00 manat təklif edilir. Digər sahələr üzrə isə 1 kvadrat metr üçün onların konsturuksiyasından və təmir səviyyəsindən asılı olaraq, 300-1200 manat arasında qiymət təklif edilir. Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun həyata keçirilir.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, bu gün əmlakın sökülməsinə görə vətəndaşa ödənilən kompensasiya ədalətli bazar dəyərinə uyğun deyil. Onun sözlərinə əsasən, müvafiq əmlak kateqoriyaları üzrə aparılan qiymətləndirmə də düzgün həyata keçirilmir: “Məsələn, bəzi ərazilərdə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi üzrə təqribən oxşar rəqəmlər tətbiq olunur. Bu kifayət qədər ədalətsiz yanaşma olduğundan əksər hallarda vətəndaşların narazılığına səbəb olur. İqtisadi baxımdan yanaşsaq, hesab edirəm ki, hər bir obyekt üçün fərdi qaydada qiymətləndirmə aparılmalıdır. Tutaq ki, adam ərazidə özünə 3 mərtəbəli yaşayış evi tikib, onun da evinə kvadratmetrı görə 1500 manat vermək və ya ötən əsrdən qalmış, fiziki cəhətdən yaşamaq şərtlərinə cavab verməyən evdə yaşayana da 1500 manat vermək düzgün deyil. Bu mənada hesab edirəm ki, kompensasiyaların hesablanmasına yenidən baxilması vacibdir”.

Ekspert vurğulayıb ki, əksər hallarda kompensasiya verilməsi ilə bağlı qanunvercilikdə nəzərdə tutulan norma və qaydalara əməl olunmur: “Məsələn, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən daşınmaz əmlakı vətəndaşın əlindən alınarkən əmlakın bazar dəyərindən əlavə ona 20 faiz artıq kompensasiya verilməlidir. Bundan başqa dövlət ehtiyacları üçün alınma zamanı əlavə 10 faiz kompensasiya verilməsi nəzərdə tutulur. Amma bəzi hallarda tikinti şirkətləri qaydalara uyğun ölçüdə vətəndaşa mənzil vermirlər. Tutaq ki, vətəndaşın əlində 100 kvadratmetlik əmlakı var. Həmin normalara görə, dövlət ehtiyacına görə əmlak onun əlindən alınırsa ona təqribən 130 kvadratmetri və bir qədər artıq mənzil sahəsi verilməlidir. Amma pilot layihələri icra edən təşkilat bu ölçüdə mənzilin olmadığını əsas gətirərək vətəndaşa daha kiçik ölçüdə əmlak təklif edir və yaxud bu tipli müxtəlif problemlər ortaya çıxır. Digər tərəfdən əmlakın qiymətləndirilməsində də şəffaflıq pozulub. Belə ki, söküntünü həyata keçirən müvafiq icra hakimiyyəti və ya hansısa təşkilat özünə yaxın olan qiymətləndirici şirkətlə əməkdaşlıq edir.

Yəni, qiymətləndirmə şirkəti həmin quruma sərf edə biləcək şəkildə “qiymətləndirmə aparır”. Nəticədə isə bu məsələdən vətəndaş haqlı olaraq narazı qalır. Hesab edirəm ki, bu kimi məsələlər həllini taparsa, vətəndaş da normal kompensasiya əldə edə bilər”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, bu məsələdə ən yaxşı variant dövlət büdcəsindən ayrılan vəsait hesabına tenderlər həyata keçirilməsi və qalib gələn şirkətə yeni binaların inşasının tapşırılmasıdır: “ Hazırda kompensasiyanın hesablanması və ödənilməsində daha çox Ukraynada tətbiq edilən praktika tətbiq edilir. Bu praktika məhz sökülən şəhərdə zonalar üzrə miniumumların müəyyənləşdirilməsindən ibarətdir. Yəni miniumumların müəyyənləşdirilməsi ilə praktik olaraq dövlət qurumlarına və hətta özəl şirkətə imkan verilmir ki, minimumlardan aşağı ödəniş edilsin. Bu həm birinci, həm ikinci və digər zonalar üzrə bazar qiymətinə uyğun olaraq minimumlar müəyyənləşdirilə bilər. Amma söküntü baş verən zaman insanların mənzil bazarına daxil olmaması üçün daha məqsədə uyğundur ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına tenderlər həyata keçirilsin və qalib gələn şirkətə yeni binaların inşası tapşırılsın.

Məsələn, birinci zonada söküntü olacaqsa, o zaman birinci zonada şəhərin mərkəzində bu məqsədlə torpaq sahəsinin dövlət tərəfindən ayrılması və dövlət büdcəsi hesabına maliyyələşdirilərək hündürmərtəbəli binanın inşa edilməsi mümkündür. Bu zaman artıq belə söküntülər baş verən zaman ikiotaqlı mənzili olan şəxsə iki otaqlı, yəni otaqların sayına uyğun olaraq yeni tikilidən mənzillərin tikilməsi mümkündür. Bu mənzil sahiblərini də narazı salamayacaq. Çünki mənzil sahibləri eyni zonadan eyni ərazidən mənzil almaq imkanlarına malik olacaqlar. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, həmin vətəndaşlar bazara daxil olmayacaqlar".

V.Bayramov hesab edir ki, sakinlərin evlə təmin edilməsi əmlak bazarında qiymət artımına zəmin yaratmayacaq: "Bu praktiki olaraq imkan verəcək ki, bazarda bu gün müşahidə edilən, eyni zamanda qiymət artımlarının qarşısını almaq mümkün olsun. Tələbatın bir hissəsi dövlət tərəfindən ödənildiyi üçün bu qiymətlərin stabilləşməsinə və müəyyən qədər azalmasına gətirib çıxaracaq. O baxımdan biz kompensasiya ödənildiyi halda minimumların müəyyənləşdirilməsinin və onların bazar qiymətinə uyğun olaraq hesablanmasının, bir mənalı olaraq dövlətin inşa etdiyi mənzillər hesabına təminatın həyata keçirilməsini təklif edirik".

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019