Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yasamaldakı məşhur mağazada erməni mahnısı səsləndi - GÜNÜN TƏZADLARI
Tarix: 25.04.2019 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıdakı məşhur mağazalardan birində erməni mahnısının səsləndirilməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayımlandı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, rəzil olay Bakının Yasamal rayonunda, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Bonita” geyim mağazasında baş verib. Videonu çəkən jurnalist Könül Aypara mağaza işçilərinə irad bildirsə də, onlar buna məhəl qoymayıb. Əksinə, “onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız” deyərək, xanım jurnalisti borclu çıxarmağa çalışıblar. Səsləndirilən “Mi Gna“ mahnısının sözləri Artak Aramyana, ifası isə erməni reper Super Sakoya məxsusdur və “remix” versiyasıdır.


37 il öncə həlak olmuş əsgərin cəsədini yağışlar üzə çıxardı


İranın şərqində şiddətli yağışların səbəb olduğu sel 37 ildir itkin düşmüş iraqlı əsgərin cəsədinin tapılmasına səbəb oldu. Hafta.az yazır ki, "Report"un "İhlas" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, əsgər Əbdülemir Hacı Cabbar Cadiri 8 il davam etmiş İraq-İraq müharibəsi zamanı, 1982-ci ildə itkin düşüb. Son günlər İranla yanaşı, İraqın da bəzi ərazilərini su altında qoyan sel itkin əsgərin cəsədini Misan şəhərinin Meşra dairəsinə sürükləyib. Cəsədin üzərində boyunbağı, qol saatı və digər əşyalar tapılıb. Araşdırmalar zamanı meyitin Cadiriyə məxsus olması müəyyənləşdirilib. Əsgərin cəsədi Zikar vilayətində, Feçir ərazisində torpağa tapşırılıb. Cadiri 1971-ci ildə vətənə qayıdaraq İraq ordusunda hərbi xidmət edib.


Bakıda ev itininin qadını parçaladığı bilindi


Bakıda qadının küçədə ev itinin hücumuna məruz qaldığı bəlli oldu. Hafta.az yazır ki, Minval.info-nun verdiyi xəbərə görə, hadisə ötən ilin dekabr ayında Nobel prospektində, “NZS” qəsəbəsinə gedən yolun üzərində baş verib. Bu barədə məlumat verən zərərçəkmiş Xoşqədəm adlı xanım bildirir ki, aldığı xəsarətlərə görə itin sahibi ona kifayət qədər maddi yardım etməyib. “Elçin adlı şəxsin iti mənə hücum etdi. Əvvəlcə müalicələrim üçün 180 manat kömək göstərdi. Sonra nə qədər telefonuna zəng vursam da, onu axtarsam da, müxtəlif bəhanələr gətirirdi. Həkimə getməyə pulumuz yox idi. Qohumlar müalicə almağıma kömək etdi”, - deyə itin hücumuna məruz qalan xanım deyir. Şikayətçi bildirir ki, evə getdikdən sonra Elçinin mobil telefonu ilə özünü Mirağa kimi təqdim edən şəxs ona zəng edib: “O, mənə hədə-qorxu gəldi, təhqir etməyə başladı. Deyirdi, “mən onun yiyəsiyəm, Mirağayam, Saatlıdan. İtdir, olub da, qəsdən üstünə cumdurmayıb ki…” Ən ağır söyüşlərlə ailəmi və məni təhqir etdi. Polisə də müraciət etmişəm”. Videodan aydın görmək olur ki, qadın orta yaşlı kişinin köməyilə itin hücumundan qurtula bilib. Lakin o, hadisə nəticəsində ciddi xəsarətlər alıb.


Lənkəranda eyni it 9 nəfəri dişlədi


Lənkəranda sakinləri it dişlədi. Anoloji hadisələr nəticəsində səkkizi kişi və biri qadın olmaqla 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hafta.az yazır ki, "ONA”-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib. Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib. Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra əksəriyyəti evə buraxılıb.


“Sevinc” kinoteatrının ticarət mərkəzinə çevriləcəyi bilindi


Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc" kinoteatrı sökülmək üçün hasara alındı. Hafta.az-ın verdiyi xəbərə görə, ərazidə yaşayan sakinlər unikal.org-a bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək. Məsələ ilə bağlı açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinoteatr Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib. Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən "Sevinc" (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.

 

Sərxoş psixiatr uçan təyyarədən düşmək istədi

Rusiya Federasiyasının İstintaq Komitəsi Banqkokdan Moskvaya uçan bir təyyarədə xuliqanlıq edən sərnişinin hərəkətləri barədə məlumatları araşdırdı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, bu barədə “Gazeta.ru” xəbər yayıb. Aeroflot mətbuat xidmətindən verilən məlumatda deyilir ki, aprelin 22-də uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin təyyarədə qalmaqal yaradıb. O, yüksək səslə bələdçini söyüb ona hədə-qorxu gələrək qəza lükunu açmasını tələb edib və uçuşda olan təyyarədən düşmək istədiyini bildirib. Ekipaj üzvləri köməyə gəlmiş sərnişinlərlə birlikdə xuliqanlıq edən adamı zərərsizləşdiriblər. Aqressiv sərnişinin qollarını və ayaqlarını təhlükəsizlik kəmərləri ilə bağlayıblar. Sərxoş adam isə çığıraraq “işgəncəyə məruz qaldığını” bildirib. Təyyarə heyəti ona aid olan yerdən iki şüşə spirtli içki aşkarlayıb. Təyyarə Şeremetyevo hava limanında eniş etdikdən sonra ekipaj üzvləri “təyyarə xuliqanı”nı hüquq-mühafizə orqanlarına təhvil veriblər. İndi həmin şəxsi təyyarədə təhlükəli davranışına görə beş ilədək həbs cəzası və ya yarım milyon rubla qədər cərimə gözləyir. “5-ci kanal” həmin adamın 15 ildən çox müddətdə psixiatriya və narkoloji sahədə fövqəladə və kritik şərait mütəxəssisi olduğu məlum olub.


Futbolçunun ağzına arı girdi- xəstəxanalıq oldu


Türkiyənin “Kayserispor” klubunun 21 yaşadək komandasının futbolçusu Batuhan İlhanın başına qəribə bir hadisə gəldi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, o, “Kayserispor”un əsas komandası ilə yoxlama matçında iştirak edərkən ağzına arı girib. Bu, matçın 18-ci dəqiqəsində baş verib. 19 yaşlı futbolçu buna görə oyunu davam etdirə bilməyib. Onu xəstəxanaya aparıblar. Qeyd edək ki, artıq gənc futbolçu xəstəxanadan evə buraxılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib
“Əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq” – Tahir Mirkişili