Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Əminəm ki, bu səfər ölkəmizin daha da inkişafına mühüm töhfələr verəcək” – Fikrət Sadıqov
Tarix: 26.04.2019 | Saat: 12:22:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan prezidentinin Çinə səfəri olduqca maraqlı məqamlarla yadda qaldı. “Bir kəmər bir yol” layihəsi bizim maraq dairəmizdə olan layihələrdəndir. Çin Azərbaycan üçün önəmli ölkələrdəndir”.

Bunu hafta.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, tarixi İpək yolunun bərpası istiqamətində Azərbaycanın tutduğu mövqe imkan verir ki, ölkəmizlə Avropa arasındakı münasibətlər daha da dərinləşsin. Bu istiqamət ən əlverişli və ən sərfəli bir nəqliyyat marşrutudur: “Çinlə əməkdaşlıqda maraqlıyıq. Bu ölkə BMT Təhlükəsizlik Şurasının üzvüdür. Nüvə silahına malik bir dövlətdir. Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin inkişafı ölkəmiz üçün önəmlidir. Hesab edirəm ki, “Bir kəmər bir yol” layihəsinin həyata keçirilməsinin hər iki ölkə üçün müsbət nəticələri olacaq”.

Politoloqun fikrincə səfər zamanı təkcə sözügedən layihə ilə bağlı müzakirələr deyil, eləcə də dövlət başçısının Çinin rəhbər şəxsləri ilə keçirdiyi görüşlər mühüm əhəmiyyət kəsb edir: “ Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında münasibətlərin inkişafı gündəmdə idi. Hesab edirəm ki, bundan sonra Azərbaycan-Çin münasibətlərinin bir neçə istiqamətdə inkişafı baş tutacaq. Ümumiyyətlə, bu cür səfərlər və güclü ölkələrin dövlət başçıları ilə münasibətlərin inkişafı mühüm nailiyyətlərə, uğurlara yol açır.Bu baxımdan Çinə səfəri məqsədə uyğun hesab edir və əminəm ki, bu səfər ölkəmizin daha da inkişafına mühüm töhfələr verəcək. Çin xarici siyasətində neytral mövqeyə malik olsa da, rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu çox önəmli bəyanatdır və Azərbaycan bunu yüksək qiymətləndirir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019