Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan “Bir kəmər bir yol” layihəsində dairəvi açar yolunu oynayan ölkələrdən biridir” – Qabil Hüseynli
Tarix: 26.04.2019 | Saat: 13:07:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan Çinin “Bir kəmər bir yol” layihəsində dairəvi açar yolunu oynayan ölkələrdən biridir. Çünki həm Trans-Xəzər layihəsi, həm Bakı-Tiflis-Qars dəmir yolu, həm də ölkəmizin bilavasitə həyata keçirdiyi neft və qaz layihələri Çinin yaxşı formula etdiyi “Bir kəmər bir yol” layihəsinin tezislərinə çox uyğun gəlir”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Ölkə başçısı İlham Əliyevin Çin səfərini şərh edən politoloq bildirib ki, “Bir kəmər bir yol” Avropa və Asiya qitələrini birləşdirən nəhəng İpək yolu layihəsi olacaq: “Pekindən çıxan qatar Londona qədər gedə biləcək. Azərbaycanın təşəbbüskarı olduğu dəmiryolu layihəsi vasitəsi ilə birbaşa mənzil başına gedib çata biləcək. Üstəlik, Xəzərin dibindən neft və qaz kəmərləri layihələrinin ideyaları da gündəmdədir. Hələlik bu layihələr Rusiyanın müqaviməti ucbatından baş tutmur. Bu layihələr də tezliklə baş tutacaq. Beləliklə, iki qitə arasında böyük neft və qaz layihələri işə düşəcək. bütün bəşəriyyətə xidmət edən layihəyə çevriləcək. Zənnimcə, Azərbaycan və Çin arasındakı münasibətlər çox yaxşı inkişaf edib. Prezidentin səfəri zamanı isə 821 milyon dollar məbləğində yeni sazişlər imzalanıb. Bu vaxta qədər Azərbaycan Çin iqtisadiyyatına 1,5 milyard dollarlıq sərmayə yatırıb. Çində bu göstəricilər 800 milyon dollarlıq sərmayə qoyub. Amma bunun daha da inkişaf etdiriləcəyi gündəmdədir. Bir sözlə, Azərbaycan dünyanın nəhəng dövlətlərindən biri olan Çinin də qeyd etdiyi kimi bir sıra logistika layihələrini, həm nəqliyyat layihələrini, eləcə də qarşılıqlı ticari əməkdaşlıq imkanlarını həyata keçirməyə malik bir dövlətdir. Bunun nəticəsində də Azərbaycan Avropa ilə Asiya arasında önəmli rol oynayan əhəmiyyətli bir ölkəyə çevrilməkdədir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019