Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İçərişəhərlə bağlı aparılan mənfi kampaniya qərəzli məqsəd daşıyır - Aparat rəhbəri
Tarix: 26.04.2019 | Saat: 13:28:00
Bölmə:Sosial | çapa göndər

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransı keçirib. 

"Sosial şəbəkələrdə son günlərdə yayılan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir. Həmin fotoşəkillər ölkəmizdə keçirilən beynəlxalq yarışlar ərəfəsində müxalif qüvvələr tərəfindən ortaya atılan təxribatdır" - o bildirib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan şəkillər 2011-ci ilə aiddir. Qala divarlarının həmin bürc hissəsində 2011-ci ildə restavrasiya aparılıb:

“Sovet dövründə - 1954-cü ildə orada aşağı səviyyəli restavrasiya aparılıb. Erməni əsilli memar tərəfindən bürc ləğv olunub, əvəzində düz divar tikilib. Biz arxivdən tarixi bürc görüntüsünü əldə etdikdən sonra İçərişəhərdə bürc bərpa edildi. 2011-2012-ci ildə bu bürc bərpa olundu. İndi sosial şəbəkələrdə yayılan şəkillər həmin restavrasiyaya aiddir”.

DTMQİ-nin aparat rəhbəri vurğulayıb ki, İçərişəhərlə bağlı aparılan mənfi kampaniya qərəzli məqsəd daşıyır: “Hazırda İçərişəhərdə idarə tərəfindən gözəl işlər görülür. Müsbət nəticələr əldə olunur. Kimlərinsə marağındadır ki, bu nəticələri, işləri onu pis qələmə versin. Bu cür təxribatlar keçməyəcək. İçərişəhəri ziyarət edən və burda yaşayan insanlar həmin sahədən keçərkən yayılan məlumatların yalan olduğunu görə bilər”.

Aparat rəhbərinin sözlərinə görə, yeni konstruksiyalar divardan 1-3 metr aralıdır.

“Hazırda yeni konstruksiyalar divardan aralıdır. Bu, həm də çirkab suların axması probleminə çarədir. Burda nəmişlik olmur. Köhnə restoranlar ağacdan olsa da, işıq buraxmırdı. Yeni obyektlər şüşədən olacaq. Həm tarixi görüntü görünəcək, həm də qala divarlarına işıq düşəcək. Həmin restoranlar İçərişəhərə gələn qonaqların, sakinlərin sevilən məkanlarına çevriləcək”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019
Meyvə bazarında qiymətlər niyə düşmür? - REPORTAJ
"2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı" - Pərvin Kərimzadə
“Ölkə başçısı əmək haqqlarının artımı anonsunu hələ ilin əvvəlindən vermişdi” – Kamilə Əliyeva
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
PSJ Neymarın qiymətini açıqladı
"Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir" - Şamaxı RİH
"Münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır" - SPİKER
Ağcabədidə satış üçün hazırlanan ölmüş heyvan cəmdəyi aşkarlanıb
“Mançester Yunayted” futbolçusunu 84 milyon avroya satır
“Qara dəniz regionunun rifahı yaxşı qonşuluq və tolerantlıq yolu ilə təmin oluna bilər” - Elmar Məmmədyarov