Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Formula 1 yarışlarında baş verən qəza ilə bağlı rəsmi məlumat
Tarix: 26.04.2019 | Saat: 15:44:00
Bölmə:İdman | çapa göndər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu gün baş verən qəza ilə bağlı məlumat yayıb.

Hafta.az xəbər verir ki, məlumatda aşağıdakılar bildirilir:

"Nəzərinizə çatdırmaq istərdik ki, bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır. Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işləyirik. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən yüksək məsələdir. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək. Yeniliklər olduqca sizi tezliklə məlumatlandıracağıq".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019