Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “xəstə siyasi canisi” - HƏFTƏ REYTİNQ
Tarix: 26.04.2019 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Keçmiş SSRİ rəhbəri, postsovet məkanında, o cümlədən Azərbaycanda Qarabağ, 20 Yanvar faciələrinin və s. baiskarı Mixail Qorbaçov xəstəxanaya yerləşdirildi. Bu barədə mətbuata SSRİ-nin ilk prezidenti haqqında ilk filmin rejissorlarından biri Andre Sinqer məlumat verib. Rejissor, eks-prezidentin “Tanış olun, Qorbaçov” filminin premyerasına gələ bilmədiyini, buna həkimlərin icazə vermədiyini yazıb. Qeyd edək ki, premyera 41-ci Moskva Kino Festivalı çərçivəsində aprelin 25-nə planlaşdırılmışdı.“Onun xəstəxanadan çıxmasına həkimlər icazə verməyiblər. Lakin 88 yaşlı siyasətçi özünü yaxşı hiss edir”. Eyni zamanda Qorbaçov Fondunun nümayəndəsi bu məlumatın doğru olmadığını bildirib. O qeyd edib ki, bu gün siyasətçi ilə iki saat zaman keçirib və onun premyeraya getmək planı olmayıb.


Həftənin “senatorluğa namizəd azərbaycanlısı”


ABŞ-da yaşayan soydaşımız Türyan Məmmədovun senator olmağı arzuladığı bəlli oldu. O, 1987-ci ildə Bakı şəhərində doğulub. 2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər və diplomatiya üzrə üçüncü magistr dərəcəsinə yiyələnib. 2013-2016-cı illərdə isə "Azerflex" plastik istehsalat sənaye kompleksinə rəhbərlik edib. 2016-cı ildən ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində məskunlaşıb. "Absheron Logistics" adlı şirkət təsis edib. Dünyanın 51- 33 Avropa, 8 Afrika, 10 Asiya ölkəsində səfərdə olub. İndi də Avstraliya və Cənubi Amerika ölkələrinə səyahət etməyi arzulayır. Ən böyük arzusu isə ABŞ-da senator olmaqdır...


Həftənin “təmizkar diktatoru”


Rusiyada ilk dəfə rəsmi səfərdə olan Şimali Koreya prezidenti Kim Çen Inın mühafizəçiləri ilə bağlı daha bir maraqlı görüntü yayılıb. Rus adasında yerləşən Uzaq Şərq Federal Universitetinin kampusunda baş tutan tarixi görüşdən öncə mühafizəçilər KXDR rəhbərinin əyləşəcəyi stulu başdan-ayağa spirt tərkibli salfetka ilə dezinfeksiya ediblər.


Həftənin “mərhum ulduzu”


Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişdi. Bu barədə mediaya aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib. O, bildirib ki, aktrisa son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Mərhum aktrisa Bakıda dəfn edilib. Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib. M.Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyədək sevilir.


Həftənin “dindar aktyoru”


Aktyor Elcan Rəsulov sosial şəbəkədə məsciddə çəkdiyi video görüntüləri paylaşdı. Onun bu addımı birmənalı qarşılanmayıb. Belə ki, şəbəkə izləyiciləri aktyoru özünü din adı altında reklam etdiyini deyiblər. Bəziləri isə iddia edib ki, Elcan artıq dini qruplaşmaya qoşulub və aktyorluq sənətindən uzaqlaşıb. Aktyor bu iddiaları əsassız adlandırıb: “Deyirlər ki, özümü reklam edirəm. Aktyorların içində ən az reklama ehtiyacı olan mənəm. Əslində fəxr ediləsi addımdır. Məscid ən-Nəbəvi dünyanın ən böyük məscidlərindən biridir, Mədinədə yerləşir. Hər müsəlmana orada namaz qılmaq qismət olmur. Əgər insanlar bunu reklam kimi başa düşürlərsə, öz problemləridir. Aktyorluqdan isə uzaqlaşmamışam. Dinə bağlılığımın sənətə aidiyyatı yoxdur...”.


Həftənin “cəriməli telekanalı”


Yasamal Rayon Məhkəməsində Milli Tеlеviziya və Radiо Şurasının “Space” televiziyası barədə tərtib etdiyi protokol üzrə məhkəmə iclası keçirildi. Hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən prsosesdə qərar elan olunub. Qərara əsasən, məhkəmə MTRŞ-nın protokolunu təmin edib, "Space" televiziyası 6 min manat məbləğində cərimələnib. Məlumata əsasən, “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olaraq 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019