Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəkidə polislər tapdıqları pulqabını sahibinə çatdırdı - GÜNÜN TƏZADLARI
Tarix: 26.04.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Şəkidə polislər bir qadının bankdan kreditə götürdükdən sonra itirdiyi pulu tapıb sahibinə qaytardı. Hafta.az yazır ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar. İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün dərhal axtarışa başlayıblar. Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar. Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində təqdim ediblər. Sevincini gizlədə bilməyən S. Ağababayeva bu pulun onun üçün nə qədər vacib olduğunu və həmin pulqabını da bankdan kredit götürüb evə qayıdarkən yolda itirdiyini bildirib. Köməksiz vəziyyətə düşdüyü anda polislərin onun yardımına yetişdiyini deyən Oğuz şəhər sakini asayiş keşikçiləri, hər zaman vətəndaşların təhlükəsizliyini təmin edən polislərə dərin minnətdarlığını bildirib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.


Şri-Lankada 253 nəfərin qatili oteldə ölü tapıldı


Aprelin 21-də 253 nəfərin ölümü, 521 nəfərin yaralanması ilə nəticələnən Şri-Lanka teraktının təşkilatçısı ölkədəki lüks otellərin birində ölü tapıldı. Hafta.az yazır ki, “Qafqazinfo”nun “Metro” nəşrinə istinadən verdiyi xəbərə görə, “İŞİD”in qollarından biri olan “Camaat ət-Tauhid əl-Vataniya” qruplaşmasına rəhbərlik edən Zəhran Haşim “Şanqri-La” mehmanxanasında naməlum şəraitdə ölüb. Xatırladaq ki, o, paytaxt Kolombada törədilən 8 güclü partlayışdan sonra terror aktına məsuliyyəti öz üzərinə götürmüşdü.


Aeroportda 1 milyon xurma paylanacağı bilindi


Birləşmiş Ərəb Əmirliklərinin milli avia-daşıyıcısı olan "Emirates Airline" şirkəti müqəddəs Ramazan ayı boyunca sərnişinlərə 1 milyon xurma paylamağı planlaşdırdığı bəlli oldu. Hafta.az-ın Rusiya saytlarına istinadla verdiyi xəbərə görə, aeroportda və havada uçuş zamanı sərnişinləri iftarı üçün cəmi 150 min qida dəsti paylanacaq. Avia-şirkət uçuş zamanı iftarın vaxtını təyin etməyə imkan verən xüsusi proqramlardan istifadə edir. Təyyarə komandirləri günəşin qürubu barədə uçaqdakı müsəlmanlara məlumat verəcəklər. Sərnişinlərə Ramazan bayramı şərəfinə də (təxminən 4-6 iyunda) şirniyyat paylanacaq.


Müəllimlərə silah gəzdirməyə icazə verildi


ABŞ-ın Florida ştatının senatı müəllimlərə silah gəzdirməyə icazə verən qanun layihəsini təsdiq etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, qanun layihəsi 22 lehinə, 17 səs əleyhinə olmaqla qəbul edilib. Qeyd olunur ki, qanun məktəb müəllimlərinin və digər əməkdaşların silahlı hücumlardan müdafiə olunması və bu cür hücumlarının qarşısının alınması məqsədilə qəbul edilib. Qanun layihəsi ştat parlamentinin aşağı palatası tərəfindən təsdiq olunduqdan sonra imzalanması üçün qubernatora göndəriləcək. Xatıladaq ki, ötən ilin fevralında Floridanın Parklend şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdı.


Qubada yeniyetməni bir həftədə 2 dəfə it dişlədi


Quba rayonunda yeniyetmə bir həftə ərzində iki dəfə it dişləməsinə məruz qaldı. Hafta.az yazır ki, "Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Almazqazmalar kənd sakini, 2004-cü il təvəllüdlü Vüsal İntiqam oğlu Qurbanovu öz iti dişləyib. Onun bildirdiyinə görə, bir neçə gün əvvəl yolda quyuya düşmüş küçə itini də xilas etmək istəyərkən itin hücumuna məruz qalıb. V.Qurbanova Quba Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksinasiya olunub. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2019
24.05.2019