Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
272 MSK əməkdaşı seçkilərdə səsləri sayarkən öldü - GÜNÜN TƏZADLARI
Tarix: 29.04.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

İndoneziyada aprelin 17-də keçirilmiş ümumölkə seçkilərindən sonra səslərin sayılması zamanı yorğunluqdan ölənlərin sayı 272 nəfərə çatdı. Hafta.az yazır ki, “Sputnik Azərbaycan”-ın “Deutsche Welle”yə istinadla verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasından bildiriblər. Məlumata əsasən, normadan artıq işləməkdən daha 1878 nəfər xəstələnib. Maliyyə Nazirliyi həlak olanların ailələrinə kompensasiya verməyi boynuna götürüb. Aprelin 17-də İndoneziyada bütün səviyyələrdə eyni vaxtda seçki keçirilib. Seçici fəallığı 82% təşkil edib. Seçkilərdə səsvermə hüququ olan 193 milyondan çox seçici qeydiyyatdan keçib. Səsvermənin rəsmi nəticələri mayın 22-də İndoneziya Mərkəzi Seçki komissiyasl tərəfindən açıqlanacaq.


Nazarbayev Ceki Çanla görüşdü


Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək üçün Çinə etdiyi səfər zamanı məşhur Çin aktyoru Ceki Çanla görüşdü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay Tvitter sosial şəbəkəsində məlumat verib.


Molla atanıın girov götürdüyü qızı qurtardı


Qaraqanda mərkəzi məscidinin imamı girovun azad edilməsi üçün polislərə kömək göstərdiyinə görə Daxili İşlər Nazirliyinin rəmzləri olan qol saatına layiq görüldü. Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası Qaraqanda vilayət Polis Departamentinin mətbuat xidmətinə istinadla məlumat yayıb. Xəbərdə deyilir ki, vilayət Polis Departamentində keçirilmiş geniş müşavirədə Departamentin rəisi vəzifəsini icra edən polkovnik Yerlan Fayzullin şəhər mərkəzi məscidinin imamı Omirzak Bekkojunu mükafatla təltif edib. O, rəhbərliyin adından girovun xilas edilməsi zamanı yaranmış ekstremal vəziyyətdə yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək polisə kömək göstərdiyi üçün din xadiminə təşəkkür edib. Belə ki, aprelin 17-də bir ailə münaqişəsindən sonra 34 yaşındakı Qaraqandalı kişi mənzildən qohumlarını qovaraq azyaşlı qızını girov götürüb. Olayın təhlükəsiz sonluqla bitməsi üçün polis şəhərin bütün ekstremal xidmətlərini hazırlıq vəziyyətinə gətirib. Həmçinin, rəhbərlik girovun xilas edilməsindən ötrü planlaşdırılmış əməliyyat həyata keçirib. Məscid imamının da iştirakı ilə keçən uzun danışıqlardan sonra xüsusi təyinatlı qüvvələr cinayətkarı zərərsizləşdirib və girovu xilas edib. Əməliyyat nəticəsində heç kim zərər görməyib.


Lənkəranda ata oğlunun gözü qarşısında boğuldu


Lənkəran rayonunun Boladi kəndində çayda boğulma hadisəsi baş verdi. Hafta.az yazır ki, "Report"un Cənub Mərkəzinin məlumatına görə, 1958-ci il təvəllüdlü Miriyev Abdulla Qurban oğlu çayda balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb. Kişinin hadisədən xəbər tutan oğlu onu xilas etmək istəsə də, bu, mümkün olmayıb. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Operator Pasxa adətini çəkərkən həlak oldu


Yunanıstanın Kalamata şəhərində televiziya operatoru Pasxanı qeyd etmə adətini çəkərkən oldü. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi Trend-in məlumatına görə, "saitopolemos", ya da "oxlarla döyüş" adlanan həmin adəti çəkən zaman
"oxlardan" biri 53 yaşlı operatorun başına deydi. O, ağır vəziyyətdə xəstəxanada yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq operator dünyasını dəyişib. Bundan əlavə, Fivada səkkiz yaşlı qız ciddi zədə alıb. Həmin qız bayramı qeyd edilən vaxtda atışma zamanı başına güllə dəyib.


Kürdəmirdə yuxulayan sürücü su kanalına düşdü


Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verdi. Hafta.az xəbər verir ki, "Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai Sonata" markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbə sakini, 1978-ci il təvəllüdlü Xədicə Əlibaba qızı Mamedova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Hadisəyə sürücünün sükan arxasında yatması səbəb olub. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019