Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BMU-nin tələbələri Ceyranbatan kompleksinə səfər ediblər
Tarix: 29.04.2019 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

İçməli su sektorunda unikal qurğulardan sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə müxtəlif sahələri təmsil edən mütəxəssislərin səfərləri təşkil olunur. “Həftə içi”nin verdiyi xəbərə görə kompleksin bu dəfəki qonaqları Bakı Mühəndislik Universitetinin müəllim və tələbələri olub.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlıq çərçivəsində qonaqlara Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2011-ci ildə təməli qoyulmuş kompleks 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı 5280 ədəd membran tipli süzgəclərdə aparılır. Bu kompleksdə su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Qeyd olunub ki, kompleks 2016-cı ildə Abu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib. Bu kompleks hesabına Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakin yüksək keyfiyyətli içməli su ilə təmin olunub.
Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, ətraflı müzakirələr aparılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019