Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Mənim üçün neftçi adından böyük ad yoxdur” - MÜSAHİBƏ
Tarix: 29.04.2019 | Saat: 20:00:00
Bölmə:Müsahibə | çapa göndər

Dünyanın möcüzəsi sayılan əfsanəvi Neft Daşlarında çox sayda əmək bahadırları, tanınmış neftçilər çalışıb və indinin özündə də çalışırlar. O neftçilər ki, bu yolda zaman-zaman saç ağardıblar, dənizin təkindən neft çıxaraq öz çətin vəzifələrini şərəflə yerinə yetiriblər. Onlardan biri də gəncliyini mavi Xəzərin dalğalı qoynunda, buruqların arasında keçirmiş Ələsgər Əliquliyevdir. Ömrünün 60-cı baharını arxada qoyan Ələsgər müəllim bu gün də Xəzərin şıltaqlığına baxmayaraq, həmişəki kimi yorulmaq bilmədən çalışır. 

Ələsgər Əliquliyev 1959-cu ildə Zəngəzur mahalının qeyrət qalası olan Nüvədil kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1976-cı ildə Nüvədil kənd orta məktəbi əla qiymətlərlə bitirib. 1978-1980-ci illərdə hərbi xirmətdə olub. Əsgərlikdə xidməti borcunu şərəflə yerinə yetirdiyi illərdə zabitlərlə bərabər onun da şəkili şərəf lövhəsini bəzəyib. 1980-1986-cı illərdə indiki İnşaat Mühəndislər Unverstitetinndə təhsil alaraq, hidrotexniki qurğular ixtisasına yiyələnib, oranı fərqlənmə diplomu ilə bitirən Əliquliyev təyinatla Neft Daşlarına gələrək, sıravi fəhlə kimi əmək fəaliyyətinə başlayıb. İndiki Neft Qaz Tikinti Trestinin müxtəlif idarələrində usta, iş icraçısı, sahə rəisi, mühəndis kimi vəzifələrdə çalışıb.
Ələsgər Əliquliyev “Həftə içi”nə yubley ərəfəsində verdiyi müsahibədə keçdiyi həyat yolundan danışıb. 2003-cü ilin mart ayından 2008- ci ilin iyul ayına qədər Neft Daşlarında Neft Qaz Çıxarma İdarəsinin kadrlar şöbəsinin rəisi işləyib. Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olmaqla, ilk dəfə olaraq 1997-ci ildə YAP Neft Daşları ərazi ilk partiya təşkilatının sədri seçilib:
- 2003-2008-ci illərdə YAP Xəzər rayon Siyasi Şurasının üzvü olmuşam. Eyni zamanlarda YAP-ın 1,2 və 3-cü qurultaylarına nümayəndə seçilmişəm. Siyasi fəaliyyətimə görə YAP tərəfindən bir çox təltiflərə layiq görülmüşəm. Mənim təşəbbüsüm ilə ilk dəfə olaraq Neft Daşlarında Heydər Əliyev güşəsinin yaradılmasına nail olduq. 2004-cü ildə Neft Daşlarının 55 illik yubleyində ölkə başçısı İlham Əliyev tərəfindən “Qızıl qol” saatı mükafatı və fəxri fərmanla təltif edildim.

- Bəs bu illər ərzində neft sahəsində hansı görülən işlərlə yadda qalmısınız?

- Neft sahəsində işlədiyim bu illər ərzində çox işlər görmüşük. Ölkənin nefr sənayesinə bir çox töhvələr vermik. Mühüm dövlət obyektlərinin Neft Daşlarında KS-4, 1637-619 saylı estakadaların, 5 saylı ƏSP-nin tikintisində, Neft Daşlarında sualtı boruların çəkilişində, 330 saylı meydançanın tikintisində, eləcə də Günəşli yatağında 2,3, 5, 9, 11, 15 saylı özüllərin əsaslı təmirnin və adıçəkilən yataqda 7 saylı DDO-nun tikintisinin fəal iştirakçısı olmuşam. Eyni zamanda Qaradağda Tikinti Kompressor Stansiyasının, həmçinin Astara Qazakompressorlu Stabsiyasının tikintisində, Qazımməməd-Qazax magisrtal qaz kəmərinin tikintisində fəal iştirak etmişəm.

- Hazırda hansı vəzifədə çalışırsınız?

- İndi Nefr Qaz Tikinti Tresti 2 saylı Tikinti Quraşdırma Bölməsində Böyük İş icraçısı vəzifəsində işləyirəm. Neft Daşlarında “Günəşli”, “Qərbi Abşeron” , “Bula” dəniz yataqlarında müxtəlif diametirli su borularını çəkirik və özülüstü qovşaq işlərinin quraşdırılmasını yerinə yetiririk. İşimiz çox ağır, təhlükəli və məsuliyyətlidir. Ayın 15-16 gününü dənizdə dalğaların qoyunda keçiririk.

-Sizin üçün bu ağır işlər qorxulu deyil? Eləcə də dənizdə işləmək sizin üçün darıxdırıcı deyilmi?

- Artıq biz dəniz mühitinə alışmışıq. İlk dəfə Neft Daşlarına işləməyə gələndə estakadaların üstü ilə qorxa-qorxa keçirdim. Getdikcə buna alışdım. Axı dəniz neftçilərdən cəsurluğu tələb edir. Gərək ilk işlədiyin gündən qorxmayasan, iş sənin yox, sən işin gözünü qırmalısan. Dənizdə işləyənlər ikiqat qəhrəmandılar. Çünkiki, dəniz nə qədər sakit və mülayimdirsə, bir o qədər də şıltaqdır. Soyuqlu, tufanlı havalarda Xəzərin şahə qalxan dalğalarına hər oğul sinə gərə bilmir. Çünki ölümlə üz-üzə dayanırsan. Bura işləməyə çox adam gəlib, çətinliyə dözə bilməyib, gediblər. Amma biz işimizlə şərəf duyuruq.

- Ağır günlərdə hansı həyacanı keçirirsiniz?

- Hər tərəf dənizdir, ucu-bucağı görünmür. Hər gün işə çıxanda ilk öncə ailəmizi düşünürük, övladlarımız gözümüzün önündə gəlib dayanır. Ona görə də təhlükəsizlik qaydalarına, əmək intizamına ciddi fikir veririk, işimizi ehtiyatlı tuturuq. Yeri gəlmişkən deyim ki, dənizdə fırtınalı günlərdə fəaliyət göstərən mədənlərdə çox faciələr, fəlakətlər baş verib, hətta insan ölümü ilə nəticələnib. Mən bir böyük iş icraçısı kimi işə çıxmazdan əvvəl ilk öncə işləyən fəhlələrin təhlükəsizliyinə, onların işdə davranış qaydalarına ciddi fikir verirəm. İnsan nə qədər əməyin təhlükəsizlik qaydalarına əməl edərsə, bir o qədər də təhlükələrdən uzaq olar. Şükür Allaha ki, bu günə qədər işimizdə heç bir bədbəxt hadisə baş verməyib. Bizimlə çiyin-çiyinə çalışanlar dənizin amansız çətinliklərində bişmiş təcrübəli və hər vaxt işindən zövq alan, yorulmaq bilməyən dəniz neftçiləridir. Onlar öz üzərilərinə düşən vəzifələri layiqincə əməl edirlər. Onların gərgin və yorulmaq bilməyən əməyi nəticəsində verilən tapşırıqlara vaxtında əməl edirik.

- Bu qədər xidmətləriniz olub. Başlıcası YAP-ın yaradıcılarından biri olmusunuz. Artıq 60 yaşınız tamam olur. Bəs bu qədər gərgin zəhmətin qarşısında dövlət səviyyəsində əməyiniz nə dərəcədə qiymətləndirilib?

- May ayının 1-də ad günümdür. 60 il yaşadığım ömrümün 34 ilini dənizdə, mədənlərin arasında keçirmişəm. Təəssüflər olsun ki, nədənsə biz dəniz neftçiləri unudulur. Bu qədər gərgin zəhmətin qabağında əməyi dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilmir. Amma biz həyata nikbin baxırıq və burada mükafat, fəxri ad üçün işləmirik. Məqsədimiz təmiz əməyimizlə dövlətimizə layiqincə xidmət etməkdir. Mənim üçün neftçi adından da böyük ad yoxdur. Ümid edirəm ki, mənim də əməyim yerdə qalmayacaq. Möhtərəm prezidentimiz, cənab İlham Əliyev və ADNŞ-nin prezidenti Rövnəq Abdullayev bir dəniz neftçisi kimi mənim də əməyimi qiymətləndirəcək və bu 60 illik yubleyimdə dövlət mükafatına, fəxri adlara layiq görəcəklər.
Başlıcası odur ki, Əliquliyevlər ailəsi və eləcə də iş kollektivi tanınmış neftçi Ələsgər Əliquliyevi yubleyi münasibəti ilə təbrik edirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019